MEK-ə Serbiya Kral Akademiyası prezidentinin müəllifi olduğu kitabı daxil olub | 1news.az | Xəbərlər
Cəmiyyət

MEK-ə Serbiya Kral Akademiyası prezidentinin müəllifi olduğu kitabı daxil olub

12:43 - 05 / 09 / 2019
MEK-ə Serbiya Kral Akademiyası prezidentinin müəllifi olduğu kitabı daxil olub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) Serbiya Kral Akademiyasının prezidenti Draqan Damyanoviçin “Müqəddəs Anastasiyanın möcüzələri və peyğəmbərliyi” adlı kitabı təqdim olunub. Kitab ölkəmizin Serbiyadakı səfiri Eldar Həsənovun təşəbbüsü və dəstəyi ilə çap olunub.

1news.az-a AMEA Mərkəzi Elmi Kitabxana İctimaiyyətlə əlaqələr bölməsindən verilən məlumata əsasən, bu nəşr bizə, keçmiş və ənənəvi dəyərlər haqqında qiymətli məlumatlar verir. Kitabda Müqəddəs Anastasiyanın maddi və mənəvi çətinliyi və bu çətinliyin sonunda etdiyi seçimdən bəhs edilir. Kitab tarix, ilahiyyat və dünya ədəbiyyatı ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.

Kitab MEK-in Diplomatik fondunda yerləşdirilib.

S.Xankişiyeva

 

Paylaş:
579

Son xəbərlər

Bütün xəbərlər