Əli Əhmədov: Ehtiyacı olana qan vermək həmişə insanın ən nəcib əməllərindən hesab olunub – FOTO

Bu gün Yeni Azərbaycan Partiyasının ən nəcib layihələrdən biri baş tutdu – çoxsaylı partiya üzvlərinin qanvermə aksiyası keçirildi. Ehtiyacı olana qan vermək həmişə insanın ən nəcib əməllərindən hesab olunub.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov Facebook səhifəsində yazıb:
“İnsan öz qanını verməklə kiminsə şəfa tapmasına, sağalmasına, bəlkə də həyata qayıtmasına vəsilə olur. Bundan daha nəcib iş, daha böyük insanpərvərlik və xeyirxahlıq təsəvvür etmək mümkün deyil.
Bir neçə yüz fəalımız qanvermə aksiyasına qoşuldu. Aksiyada iştirak edən hər bir partiya üzvünə – gənclərə, qadınlara, millət vəkillərinə minnətdarlığımı bildirmək istəyirəm. Düşünəndə ki, bizim verdiyimiz qan kimlərəsə kömək olacaq, həyata qaytaracaq, ömrünü uzadacaq, bu həqiqətən böyük mənəvi rahatlıqdır”.
S.Xankişiyeva