Millimiz Bəhreynə qalib gəldi - VİDEO | 1news.az | Xəbərlər
Futbol

Millimiz Bəhreynə qalib gəldi - VİDEO

09:37 - 10 / 10 / 2019
Millimiz Bəhreynə qalib gəldi - VİDEO

Milli komandamız dünən yoldaşlıq oyunu keçirib.

1news.az-ın məlumatına görə, yığmamız səfərdə Bəhreynlə qarşılaşıb.  Bəhreyn Milli Stadionunda keçirilən görüş millimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu, baş məşqçi Nikola Yurçeviçin yığmamızla ilk qələbəsi olub.

Qeyd edək ki, yığmamızın Bəhreynlə görüşü Avro-2020-nin seçmə mərhələsində oktyabrın 13-də Macarıstanla keçiriləcək oyun üçün hazırlıq xarakteri daşıyır.

9 oktyabr

Yoldaşlıq oyunu

20:30. Bəhreyn - Azərbaycan - 2:3
Qollar: 
Rahman, 31 (1:0), Rüfət Dadaşov, 41 (1:1), Təmkin Xəlilzadə, 62 (1:2), Saad, 68 (2:2), Ramil Şeydayev, 70 (2:3)
Bəhreyn milli stadionu

1news.az

Paylaş:
929

Son xəbərlər

Bütün xəbərlər