"Mingəçevir" 3000 manat cərimələnib, komandaya texniki məğlubiyyət verilib | 1news.az | Xəbərlər
İdman

"Mingəçevir" 3000 manat cərimələnib, komandaya texniki məğlubiyyət verilib

1news Redaksiyası12:19 - Bu gün
"Mingəçevir" 3000 manat cərimələnib, komandaya texniki məğlubiyyət verilib

Azərbaycan I Liqasında VII turun "Mingəçevir" - "Şahdağ Qusar" matçına gəlməyən meydan sahiblərinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

1news.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Noyabrın 4-də keçirilməli olan qarşılaşma "Mingəçevir" komandasının görüşə gəlməməsi səbəbindən baş tutmadığı üçün klub həmçinin 3000 manat cərimələnib.

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər