“Nar” görmə məhdudiyyətli insanlar üçün audio-kitablar hazırladı – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Nar” görmə məhdudiyyətli insanlar üçün audio-kitablar hazırladı – FOTO

16:50 - 30 / 01 / 2020
“Nar” görmə məhdudiyyətli insanlar üçün audio-kitablar hazırladı – FOTO

Görmə məhdudiyyətli insanlara dəstək məqsədilə “Nar” və "Radio Antenn"in birgə həyata keçirdiyi “Canlı kitab” layihəsi artıq yekunlaşıb.

3 ay müddətində "Radio Antenn" 101 FM-in efirində Azərbaycan və dünya ədəbiyyatının Azərbaycan dilinə tərcümə olunmuş əsərləri səsləndirilib və audio-kitablar şəklində yazılıb. Yaddaş kartlarına köçürülmüş audio-kitablar Azərbaycan Gözdən Əlillər Cəmiyyəti, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5№-li Respublika xüsusi internat məktəbi və Respublika Gözdən Əlillər kitabxanasına təqdim edilib. Bununla da “Nar”ın dəstəyilə yaradılan səsli ədəbiyyat kitabxanası görmə məhduyyəti olan şəxslər üçün daha əlçatan olub.

“Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundovun sözlərinə görə, layihənin əsas məqsədi görmə məhdudiyyətli insanların ədəbiyyata marağının artmasına dəstək olmaqdır: “Nar” fiziki məhdudiyyətli şəxslərə dəstək və insanların elmə marağının artması istiqamətində davamlı olaraq sosial layihələr icra edir. “Canlı kitab” layihəmiz ilə görmə məhdudiyyətli insanların Azərbaycan dilində mütaliəsi üçün məhdudiyyətin aradan qalxmasına töhfəmizi verməyə çalışdıq. Düşünürük ki,  yaradılan audio-kitabxana həm görmə məhdudiyyəti olan şəxslərə, həm də ədəbiyyatı sevən insanlara yararlı olacaq. “Nar” olaraq fiziki məhdudiyyətli insanlara dəstək istiqamətində gələcəkdə də  əhəmiyyətli layihələr icra etməkdə davam edəcəyik”.

Qeyd edək ki, 3 ay müddətində “Radio Antenn” 101 FM-in canlı efirində C.London, Q.Q.Markes, G.De Mopassan, H.Murakami, A.Çexov, C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, M.C.Paşayev, Ə.Haqverdiyev, İ.Məlikzadə, K.Abdulla və digər yazarların müxtəlif əsərləri tanınmış aktyorlar, qiraət ustaları tərəfindən səsləndirilib. “Canlı kitab” layihəsinin əsas məqsədi görmə məhdudiyyətli şəxslər üçün mütaliə imkanı yaratmaq və insanların ədəbiyyata marağının artmasına dəstək olmaqdır.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Reklam hüququnda

 

Paylaş:
1029

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər