Neft böhranları Azərbaycana necə təsir edir? - Deputat açıqladı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Neft böhranları Azərbaycana necə təsir edir? - Deputat açıqladı

13:14 - 13 / 03 / 2020
Neft böhranları Azərbaycana necə təsir edir? - Deputat açıqladı

“2014-cü ildən başlanan qlobal maliyyə-iqtisadi böhran  ilə müqayisədə Azərbaycan fərqli durumdadır. Nəzərə alsaq ki, 2014-cü ildən sonra həm dövlət rezervlərimizin həcmində artımlar müşahidə olundu, eyni zamanda Azərbacan xarici böhranlara və xarici şoklara daha çevik reaksiya verdi”.

Bunu 1news.az-a açıqlamsında Milli Məclisin deputatı,  iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Deputat bildirib ki, 2014-cü ilin qlobal neft şoku neft  ölkələri üçün gözlənilən deyildi.

“Azərbaycan 2014-cü ildə praktik olaraq çalışdı ki, daha az xərclərlə qlobal  böhranın təsirlərini minimumlaşdıra bilsin. Buna görə təbii ki, 2020-ci ildə xarici faktor olaraq böhranın təsirlərini minimumlaşdırma imkanları daha çoxdur. Təbii ki, nefin qiymətinin aşağı düşməsi neft ölkələrinə təsir göstərir, amma Azərbaycan daha çevik reaksiya verərək bu  təsirləri minimumlaşdırma imkanlarına malik olan ölkələrdən birdir”.

V.Bayramovun sözlərinə görə,  2020-ci ilin ilk iki ayının yekunları pozitivdir.

“Ümumi daxili məhsulda 3 faizə yaxın artım qeydə alınıb. Qeyri-neft ÜDM-da artım tempi 6,7 faizdir. Eyni zamanda qeyri –neft səneyesində artım tempi 22 faizə yaxındı.Biz iqtisadadi artımın strukturuna diqqət etsək görərik ki, iqtisadi artım daha çox qeyri-neft sektorunun inkişafı hesabına formalaşıb. Qeyri-neft sektorunun hesabına artımın əldə edilməsi və artımın dayanıqlılığı müşahidə edirik. 2 ayın, eləcə də 2019-cu ilin yekunları ondan xəbər verir ki, qeyri-neft sekoru iqtisadi artımda əsas roldadı. Neftin dünya bazar qiymətində aşağı səviyyədə olmasına baxmyaraq qeyri-neft sekorundakı artım ümumi iqtisadiyyatdakı artımın qorunub saxlanılmasına imkan verir. Nəzərə alsaq ki, ilk iki ayda neftin re-bazar qiyməti orta hesabla hər barel üçün 58 dollar olub. Bu da nəticə etibarı ilə yüksək qiymət hesab olunmurdu. Buna rəğmən Azərbaycan artım tempini qoruyub saxladı. Xüsusilə də qeyri-neft sektorunda artımın sürətli olması, qeyri-neft sənayesinin daha çox inkişaf etməsi faktiki olaraq Azərbaycan üçün  iqtisadiyyatın dayanıqlığı baxımından yeni imkanlar yaradır”.

Deputat bildirib ki, iqtisadiyyatın şaxələnməsi diversifikasiyası prioritetdir.

“Bu, zaman alan bir məsələdir. Biz 2014-cü il ilə müqayisə etsək, 2020-ci ildə bütün makro-iqtisadi göstəricilərdə qeyri-neft sektorunun artması müşahidə olunur. Əgər 2014-cü ildə neftin ümumi büdcə gəlirlərindəki payı 80 faizə yaxın idisə, hazırda bu rəqəm 50 faizdən daha artıqdır. Bu, praktik olaraq ondan xəbər verir ki, əgər qeyri-neft sektoru 2014-cü ildə büdcə gəlirlərinin formalaşmasındakı payı 20 faizdirsə, bu rəqəm artıq büdcə gəlirlərinin təxminən yarısıdır. Eyni zamanda ümumi daxili məhsulda qeyri-neft sektorunun payının artmasını müşahidə etmişik. Hazırda ÜDM-in 3-də 2-si qeyri-neft sektorunun payına düşür, eləcə də ümumi ixracatda qeyri-neft sektorunun payının mərhələli şəkildə artması müşahidə olunur. 2014-cü il ilə müqayisədə Azərbaycanın qeyri-neft sektoru təxminən iki dəfə artıb. Hazırda bizim qeyri-neft ixracatımız 2 milyard dollardan çoxdu. Eyni zamanda dolayı ixrac hesab etsək, Azərbaycan turizmdən il ərzində 3 milyard dollara yaxın gəlir əldə edib. Bu da nəticə olaraq qeyri-neft sektorunun makro-istisadi göstəricilərdə payının artması anlamına gəlir".

V.Bayramovun sözlərinə görə,  hazırda neftin bazar qiymətindən aşağı olmasına baxmayaraq büdcədə nəzərdə tutulan sosial layihələrin maliyyəşdirilməsinin təxirə salınması nəzərdə tutulmur.

“Azərbaycanda 2020-ci ilin dövlət büdcəsində birbaşa sosial xərclərin payı 38,5 faiz olacaq. Bu o deməkdir ki, praktik olaraq dövlət büdcəsindən birbaşa əməkhaqları təxminən 6,7 milyarddı. Eyni zamanda pensiya və təqaüdlərin verilməsi üçün nəzərdə tutulan məbləğ 3 milyard manatdan artıqdır. Mövcud imkanlar, eyni zamanda  Dövlət Neft Fondunun rezervləri, qeyri-neft sektorundan daxil olmalar  2020-ci ildə nəzərdə tutulan sosial xərclərin, proqramın reallaşmasına imkan yaradır. Xüsusən nəzərə alsaq ki, bu ilin 2 ayında qeyri-neft sektorundan daxil olmalarda artım var.  Yalnız vergi daxilolmaları nəzərdə tutulandan 180 milyon manatdı. Bu da nəticə etibarı ilə büdcə gəlirlərinin formalaşmasında qeyri-neft sektorunun payının artması anlamına gəlir. Nəzərə alsaq ki, Dövlət Neft Fondunun rezervləri hətta neftin re-bazar qiymətləri uzun müddət aşağı qalacağı müddədə fiskal öhtəliklərin yerinə yetirmək üçün yetərlidir. Bütün bunlara nəzər yetirəndə görürük ki,  2020-ci il üçün sosial proqramları təxirə salınmasından söz gedə bilməz.  2020-ci ildə sosial proqramları maliyələşdirməkdə və icra etməkdə hərhansı bir problem olmayacaq”.

Qafar Ağayev

Paylaş:
1282

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər