Azərbaycan neftinin qiyməti yenidən 68 dolları ötüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti yenidən 68 dolları ötüb

09:52 - Bu gün
Azərbaycan neftinin qiyməti yenidən 68 dolları ötüb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 1 dollara yaxın bahalaşıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,83 ABŞ dolları və ya 1,2% artaraq 68,31 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 67,48 ABŞ dolları idi.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Paylaş:
118

Son xəbərlər

Bütün xəbərlər