Ermənistanda koronavirusdan 18 nəfər ölüb - Məlumatlar məhdudlaşdırılır | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda koronavirusdan 18 nəfər ölüb - Məlumatlar məhdudlaşdırılır

17:05 - 17 / 04 / 2020
Ermənistanda koronavirusdan 18 nəfər ölüb - Məlumatlar məhdudlaşdırılır

2020-ci ilin 16 aprel tarixinə olan məlumata əsasən Ermənistanda koronavirusa yoluxmuş insanların ümumi sayı 1159 nəfər təşkil etmişdir. Bu infeksiyaya görə Ermənistanda 18 nəfər artıq həyatını itirib.

1news.az xəbər verir ki, Paşinyan tərəfdarları COVID 19 infeksiyası ilə mübarizə sahəsində rəsmi səviyyədə həyata keçirilən tədbirləri yüksək qiymətləndirməyə çalışsalar də, ölkədə hökumətin bu istiqamətdə gördüyü işləri ciddi tənqid edən ictimaiyyət nümayəndələri də az deyil. Onların sözlərinə görə, əhalinin nisbətini, ölkəyə gələn xarici turistlərin sayını nəzərə aldıqda, koronavirusa yoluxanların sayına görə Ermənistanın Cənubi Qafqazda mənfi mənada lider ölkəyə çevrildiyini demək olar və vəziyyətin belə inkişaf etməsində məhz Paşinyan hökumətinin də böyük rolu olub.

Tənqidçilər vurğulayırlar ki, Paşinyan hökuməti ilk günlərdən bu sahədə fəaliyyətsizlik nümayiş etdirərək xəstəliyin qarşısının alınması mərhələsində məğlubiyyətə uğramış və faktiki koronavirusun ölkədə yayılmasını təşviq edən amillərdən biri olmuşdur. Belə ki, ölkədə koronavirus infeksiyana ilk yoluxma halı martın 1-də qeyd alınsa da, Paşinyan hökuməti əhalinin təmaslarını məhdudlaşdırmaq əvəzinə, hələ də 5 aprel tarixində nəzərdə tutulmuş konstitusiya referendumu ilə əlaqədar fəal təşviqat kampaniyasını aparırdı və vətəndaşların kütləvi toplaşmasına səbəb olurdu.

Bu xüsusda həmçinin 16 martdan etibarən ölkədə elan olunmuş fövqəladə vəziyyətin əsas məqsədinin koronavirusa qarşı mübarizə deyil, əksinə uğursuzluqlar fonunda informasiya axını vasitəsilə erməni ictimaiyyətini nəzarətə almaq və tənqidçiləri susdurmaq istəyi olduğu qeyd olunur. Hökumət tərəfindən qəbul edilmiş qərarlar sırasında ölkədə koronovirusla bağlı məlumat yayımı ilə bağlı məhdudiyyət, yəni “yalnız rəsmi məlumatların yayılması” qadağası və bununla əlaqədar yayılmış bir neçə məlumatların silinməsinə dair erməni KİV-lərə qarşı irəli sürülmüş tələblər həm yerli ictimaiyyətin, həm də beynəlxalq təşkilatların kəskin etirazı ilə üzləşmiş və nəticədə Paşinyan hökuməti koronovirusla bağlı rəsmi beynəlxalq mənbələrin məlumatlarının yayılmasına da icazə verməli olub.

Paşinyanın siyasi rəqibləri həmçinin hesab edirlər ki, hökumət ölkədə fövqəladə vəziyyət rejiminin həyata keçirilməsini təmin edə bilməmişdir. Onların qeydlərinə görə, insanların hərəkətlərinə məhdudiyyətlər haqqında qərar qəbul edilsə də küçələrdə çoxlu insanlar müşahidə olunurdu. Bu iradı şərh edən erməni polisinin rəhbərliyi hamını nəzarət etmək və küçələrə çıxmağa icazə verməmək üçün kifayət qədər polis gücünün olmadığını bildirmişdir.

Hökumət həmçinin koronavirusun iqtisadi fəsadları ilə mübarizə məqsədilə beynəlxalq maliyyə təşkilatlarından az həcmdə yardım cəlb edə bilməsində ittiham olunur. Məsələn aprelin əvvəlində Ermənistan koronovirusla mübarizə üçün 50 ədəd süni tənəffüs aparatlarının alınması üçün Dünya Bankından 3 milyon ABŞ dolları almışdır. Paşinyan hökumətinin əleyhdarlarının iradlarına görə, bu yardımın əhalinin sayına nisbəti götürdükdə faktiki olaraq hər bir erməni vətəndaşına 1 dollar yardım deməkdir.

Paşinyan əleyhdarları onun Ermənistanın bu böhrandan daha güclü çıxacağına dair bəyanatlarını qeyri-ciddi və əsassız sayırlar. Əksinə onların mülahizələrinə görə, ölkənin iqtisadi sisteminin zəif inkişaf etdiyini nəzərə alaraq yaxın zamanda Ermənistanın iqtisadi vəziyyət 2008-ci ildəki böhran zamanı olduğu durum kimi olacaqdır.

1news.az

Paylaş:
1130

Son xəbərlər

DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06
Bütün xəbərlər