Milli Məclisin yeni şöbə müdiri İlkin Məmmədov kimdir? - DOSYE | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisin yeni şöbə müdiri İlkin Məmmədov kimdir? - DOSYE

10:35 - 19 / 05 / 2020
Milli Məclisin yeni şöbə müdiri İlkin Məmmədov kimdir? - DOSYE

Məlum olduğu kimi, bundan əvvəl Milli Məclisin Protokol sektorunun müdiri vəzifəsini icra edən İlkin Məmmədov mayın 1-dən beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Yeni şöbə müdirinin kimliyi yəqin çoxları üçün maraqlıdır. Bunu nəzərə alıb İ.Məmmədovun dosyesini təqdim edirik:

İlkin Əfqan oğlu Məmmədov  25 sentyabr 1981-ci ildə Bakı şəhərində doğulub.

1988-1998-ci illərdə Bakı şəhəri, 6 saylı orta məktəbdə oxuyub. 1998-2004-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

2000-2002-ci illərdə Fransanın Strasburq şəhərində “Mark Bloch” Universitetində fransız dili, daha sonra isə beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıb.

2002-ci ildə Avropa Şurasının inzibati qurumlarında diplomqabağı təcrübə keçib.

Əmək fəaliyyəti:

2003-2006-cı illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi-referent, Attaşe

2006-2018-i illərdə Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər şöbəsinin Protokol sektorunun müdiri

2018-2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər şöbəsinin müdir müavini-Protokol sektorunun müdiri

01.05.2020-ci il tarixindən Azərbaycan Respublikası Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın sərəncamı ilə Beynəlxalq münasibətlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Dövlət qulluğunun baş müşaviridir.

2003-cü ildən etibarən bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili və həyata keçirilməsində fəal iştirak etməsinə görə ölkə rəhbərliyi tərəfindən təşəkkürlər elan edilib. Azərbaycanın Baş nazirləri, Milli Məclisin sədrləri və Xarici İşlər nazirlərinin ölkədaxili tədbirlərini təşkil edib və xarici səfərlərdə müşayiət edib.

Fransa Respublikası, Misir Ərəb Respublikası, Türkiyə Respublikası, Belçika Krallığında və Kanadada keçirilmiş diplomatik və protokol kurslarında iştirak edib və fərqlənmə diplomları alıb. Habelə, bir çox konfrans və seminarlarda, eləcə də beynəlxalq parlament təşkilatlarının sessiya və iclaslarında iştirak etmək üçün müxtəlif vaxtlarda Milli Məclis tərəfindən xarici ölkələrə ezam edilib.

Milli Məclis ilə xarici ölkələrin parlamentləri arasında imzalanan müxtəlif ikitərəfli sənədlərin hazırlanması və imzalanmasını təşkil edib.

Fəaliyyəti ilə əlaqədar bir sıra diplom və təşəkkürnamələr ilə təltif  olunub.

2015-ci ilin 22 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

2016-ci ilin may ayında Paris Dövlət İdarəçilik Məktəbində “Yeni münasibətlər, administrasiya və vətəndaşlar” kursunu bitirib sertifikat alıb.

2017-ci ilin mart ayında Rusiya Federasiyası Federal məclisi Federal Şurasının sədri xanım Valentina Matviyenko tərəfindən imzalanmış “Parlamentarizmin inkişafı, qüvvətləndirilməsi, beynəlxalq münasibətlər və parlamentlərarası əməkdaşlığ yolunda gördüyü xidmətlərinə görə “MDB PA-25” medalı ilə təltif edilib.

2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 100 illik yubileyi ilə bağlı Azərbaycan Respublikası Milli Məclisində yaradılmış gərargahda təşkilat qrupunun rəhbəri olub.

2019-cu ilin 9 iyul tarixində “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Digər fəaliyyəti:

2000-ci ildə Strasburq, 2010-cu ildə Brüssel, 2012-ci ildə Ottava, 2016-ci ildə isə Paris şəhərlərində Azərbaycanın böyük təqdimatını keçirib və Ermənistan-Azərbaycan Dağlığ Qarabağ münaqişəsi haqqında geniş məlumat verib.

2003-cü ildə Britaniya Şahzadəsi Dianaya həsr edilmiş “İngiltərənin qızıl gülü” adlı kitabını dərc eləyib.

2008-ci ildə Azərbaycanda ilk dəfə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş dövlət qurumları arasında futbol turnirini təşkil edib, 2011-ci ildə isə ikinci dəfə təşkil edilmiş turnirin çempionu olub.

2013-cü ildə Azərbaycanda ilk dəfə “Azərbaycan Prezidenti kuboku” Beynəlxalq KVN festivalını təşkil edib.

2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 100 illik yubileyinə həsr olunmuş parlament komandaları arasında  beynəlxalq futbol turnirini təşkil edib.

Rus, ingilis, fransız və türk dillərini bilir.

Evlidir, bir qızı, bir oğlu var.

1news.az

Paylaş:
3444

Son xəbərlər

Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunubBu gün, 17:51Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıbBu gün, 17:48“Turan Tovuz” klubunun şikayəti təmin edilməyibBu gün, 17:45Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcəkBu gün, 17:36Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildiBu gün, 17:34Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTOBu gün, 17:25Qarabağ Universitetində daha iki vakansiya elan edilibBu gün, 17:13IV və VI siniflərdə monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcəkBu gün, 16:57Qusar bələdiyyəsinin sədri həbs olunubBu gün, 16:47Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini anıbBu gün, 16:35Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb - FOTOBu gün, 16:18Gənc Tamaşaçılar və Gəncə Dövlət Dram teatrlarına “milli” statusu verilibBu gün, 16:04Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublarBu gün, 16:01Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıbBu gün, 15:46Şəhid Novruz Quliyevin Edillidə aşkarlanan nəşinin qalıqları Füzulidə torpağa tapşırılıbBu gün, 15:39Bu ilin ilk üç ayında doğulan əkiz və üçəmlərin sayı açıqlanıbBu gün, 15:35Azərbaycan və Belarus prezidentərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB 1Bu gün, 15:19Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıbBu gün, 15:03Azərbaycan və Belarus arasında doqquz sənəd imzalanıb - YENİLƏNİBBu gün, 14:53İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblərBu gün, 14:46
Bütün xəbərlər