Texas ştatında Azərbaycan Günü elan olundu – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Texas ştatında Azərbaycan Günü elan olundu – FOTO

09:06 - 21 / 05 / 2020
Texas ştatında Azərbaycan Günü elan olundu – FOTO

ABŞ-ın energetika mərkəzi olan və çoxsaylı soydaşımızın yaşadığı Texas ştatında "Azərbaycan Günü"nün elan olunması ilə bağlı bəyannamə hazırlanıb.

Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyindən 1news.az-a verilən məlumata görə, ştatın dövlət katibi Rut Hyuz ADR-in yaradılmasının 102-ci ildönümü ilə əlaqədar Azərbaycana rəsmi təbrik bəyanatı ünvanlayıb.

R.Hyuz imzaladığı bəyanatda 2020-ci il 28 may tarixini Azərbaycanın Milli Günü elan edərək müstəqil ölkəmizə üçün ən xoş arzularını çatdırıb. Eyni zamanda bu münasibətlə Texas ştatının 102-ci ildönümünü bayram etmək üçün Azərbaycana qoşulduğunu deyərək əcdadlarımızın demokratiyanın yayılması üçün verdiyi töhfələri unutmamağa və qeyd etməyə çağırıb.

S.Xankişiyeva

 

Paylaş:
1293

Son xəbərlər

Bütün xəbərlər