Hava Hücumundan Müdafiə bölmələri təlim-döyüş mövqelərini tutublar – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Hava Hücumundan Müdafiə bölmələri təlim-döyüş mövqelərini tutublar – FOTO – VİDEO

10:01 - 21 / 05 / 2020
Hava Hücumundan Müdafiə bölmələri təlim-döyüş mövqelərini tutublar – FOTO – VİDEO

Genişmiqyaslı əməliyyat-taktiki təlimlər çərçivəsində Hava Hücumundan Müdafiə (HHM) bölmələri yaşayış məntəqələrinin, müxtəlif təyinatlı obyektlərin və canlı qüvvənin şərti düşmənin hava hücumu vasitələrindən müdafiəsi üzrə təlim-döyüş tapşırıqlarının icrası məqsədilə yürüş edərək mövqe rayonlarını tutublar.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

HHM-in döyüş heyətləri həmçinin təlimə cəlb olunan şəxsi heyət və döyüş texnikasının düşmənin aviasiya vasitələrinin atəş zərbələrindən müdafiəsini təmin edəcəklər.

S.Xankişiyeva

 

Paylaş:
785

Son xəbərlər

Bütün xəbərlər