İlham Əliyev Pakistan Prezidentinə başsağlığı verib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Pakistan Prezidentinə başsağlığı verib

18:15 - 22 / 05 / 2020
İlham Əliyev Pakistan Prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə başsağlığı verib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, başsağlığında deyilir: “Hörmətli cənab Prezident,

Kəraçi şəhəri yaxınlığında Pakistan Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”

S.Xankişiyeva

 

 

 

Paylaş:
774

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər