Gəncə Dövlət Dram Teatrının tikintisinə 13,8 milyon manat ayrıldı | 1news.az | Xəbərlər
Rəsmi

Gəncə Dövlət Dram Teatrının tikintisinə 13,8 milyon manat ayrıldı

16:48 - 24 / 06 / 2020
Gəncə Dövlət Dram Teatrının tikintisinə 13,8 milyon manat ayrıldı

Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamla Gəncə Dövlət Dram Teatrının 500 yerlik yeni binasının tikintisinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.53.1-ci yarımbəndində göstərilmiş məbləğin 13,8 milyon (on üç milyon səkkiz yüz min) manatı Gəncə Şəhər İcra Hakimiyyətinə ayrılıb.

1news.az

Paylaş:
568

Son xəbərlər

Bütün xəbərlər