Prezident İlham Əliyev Qəbələyə 13,1 milyon manat pul ayırdı
Prezident İlham Əliyev Qəbələ rayonunun Əmirvan-Vəndam avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. On dörd min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Əmirvan-Vəndam avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 13,1 milyon (on üç milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
1news.az