Prezidentdən Balakəndə “ASAN xidmət”lə bağlı SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

Prezidentdən Balakəndə “ASAN xidmət”lə bağlı SƏRƏNCAM

12:43 - 31 / 07 / 2020
Prezidentdən Balakəndə “ASAN xidmət”lə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Balakən rayonunda istifadəyə verilmiş "ASAN xidmət" mərkəzinin infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncama əsasən, Balakən rayonunda istifadəyə verilmiş "ASAN xidmət" mərkəzinin infrastruktur imkanlarının "ASAN Həyat" kompleksi çərçivəsində genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılıb.

1news.az

Paylaş:
895

Son xəbərlər

Bütün xəbərlər