Azərbaycan HDQ-nin qərargahında Rusiya nümayəndə heyəti ilə görüş keçirilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan HDQ-nin qərargahında Rusiya nümayəndə heyəti ilə görüş keçirilib – FOTO

14:03 - 24 / 08 / 2020
Azərbaycan HDQ-nin qərargahında Rusiya nümayəndə heyəti ilə görüş keçirilib – FOTO

Avqustun 24-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirovun Rusiya Federasiyası Hərbi Dəniz Donanması Baş Komandanının müavini vitse-admiral Vladimir Kasatonovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, görüşdə Xəzər dənizində hərbi əməkdaşlıq məsələlərindən danışılıb, hər iki ölkənin hərbi gəmilərinin qarşılıqlı səfərlərinin təşkili və digər məsələlər müzakirə edilib.

Sonra iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici jurnalistlərin iştirakı ilə mətbuat konfransı  keçirilib.

Sonda mətbuat nümayəndələrinin sualları cavablandırılıb.

S.Xankişiyeva

 

Paylaş:
732

Son xəbərlər

Bütün xəbərlər