Prezident İlham Əliyev və Mehriban Əliyeva Buzovnada yataqxana binasının açılışında iştirak ediblər – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev və Mehriban Əliyeva Buzovnada yataqxana binasının açılışında iştirak ediblər – FOTO – YENİLƏNİB

14:00 - 26 / 08 / 2020
Prezident İlham Əliyev və Mehriban Əliyeva Buzovnada yataqxana binasının açılışında iştirak ediblər – FOTO – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yenidən qurulan 99 mənzildən ibarət yeddimərtəbəli yataqxana binasının açılışında iştirak ediblər.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yataqxana binası barədə məlumat verildi.

Bildirildi ki, binadakı mənzillər 1, 2 və 3 otaqlıdır. Yeni yataqxana binası “Azəriqaz” QSC-nin “Bakqazmaş” zavodunun qəzalı vəziyyətdə olan beşmərtəbəli yataqxanasının yerində inşa edilib. Heydər Əliyev Fondunun layihəsi çərçivəsində tikilən binada mənzillər tam təmirlidir və zəruri avadanlıqla təchiz olunub.

10:51

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yenidən qurulan 99 mənzildən ibarət yeddimərtəbəli yataqxana binasının açılışında iştirak ediblər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.

S.Xankişiyeva

                                                                                                                                              

 

Paylaş:
906

Son xəbərlər

Bütün xəbərlər