Sorosun yeni planı: Belarus üçün Ermənistan modeli – TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

Sorosun yeni planı: Belarus üçün Ermənistan modeli – TƏHLİL

17:24 - 01 / 09 / 2020
Sorosun yeni planı: Belarus üçün Ermənistan modeli – TƏHLİL

Belarusda baş verən hadisələrin hansı sonluqla nəticələcəyi böyük maraqla gözlənilir. Lukaşenkonun hakimiyyətini qoruyacağını düşünənlər də var, onun hakimiyyətinin yaxın zamanlarda başa çatacağını iddia edənlər də.

Təbii ki, indidən konkret bir fikir söyləmək mümkün deyil. Kimin haqlı olduğunu hadisələrin sonrakı gedişatı göstərəcək.

Artıq bəzi analitik qurumlar, beynəlxalq təşkilatlar və siyasi ekspertlər Belarusla bağlı öz mülahizələrini, proqnozlarını səsləndirməkdədirlər.

“Project Syndikate” xəbər portalında İsveçin keçmiş xarici işlər naziri və Şərq Tərəfdaşlığı proqramının əsas təşəbbüskarlarından olan Karl Bildtin “Belarus üçün Ermənistan modeli” adlı məqalə dərc olunub.

Məqalədə deyilir ki, bu gün Belarusda baş verən proseslər Ermənistandakı inqilaba bənzəyir. Çünki hər iki ölkə Rusiya ilə sıx strateji münasibətləri var və Serj Sarkisyanın devrilməsindən sonra Ermənistan xarici siyasi kursunu dəyişməyib.

Yəni, məqalədə işarə edilir ki, Belarusda inqilab qalib gəlsə, bu ölkə Rusiyaya qarşı cəbhədə yer almayacaq.

Nəzərinizə çatdıraq ki, “Project Syndikate”  portalının əsas sponsorlarından biri C.Sorosun fondudur.

Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsində Soros Fondunun rolunu nəzərə alsaq, bu gün Sorosun nəzarətində olan portalın Belarusa Ermənistan modeli “təklif etməsi” elə də təəccüblü deyil.

Prezident İlham Əliyevin dediyi kimi, “heç kəs üçün sirr deyil ki, Ermənistanın bugünkü rəhbərliyi Soros fondunun təsiri altında olan adamlardan ibarətdir. Onların tərcümeyi-halına baxmaq kifayətdir. Bu gün Ermənistanda hökumətdə, parlamentdə, məhkəmə hakimiyyətində, digər önəmli vəzifələrdə çalışanların bir çoxu Soros fondunun və ona yaxın təşkilatların əməkdaşları olub”.

Paşinyanın maddi və kadr resursları birbaşa Sorosla bağlıdır. Onun yüksək vəzifələrə təyin etdiyi şəxslərin, demək olar ki, hamısı bu və ya digər formada bu təşkilatla əlaqəlidir. Bu, xüsusilə güc strukturlarına aiddir.

Məsələn, hazırda ölkənin Milli Təhlükəsizlik Şurasına rəhbərlik edən Armen Qriqoryan əvvəllər Sorosla bağlı olan “Transparency International”  təşkilatının koordinatoru olub.

Ədliyyə naziri Rustam Badasyanın təyinatını Soros Fondunun Ermənistandakı icraçı direktoru Larina Minasyan dəstəkləyib.

Ermənistan Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryanın qardaşı David Xaçatryan Soros Fondunun İdarə Heyətinin rəhbəridir.

Səhiyyə naziri Arsen Torosyan Sorosun “Open Medical Institute”nun məzunudur və s.

Sorosun fəaliyyətindən narazı olanların təqib edilməsi bu təşkilatın Ermənistanda necə dərin kök saldığını göstərir. Məsələn, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanesyan televiziyaya verdiyi müsahibələrin birində bildirib ki, Sorosun fəaliyyəti Ermənistan üçün təhlükədir.

Görünür, bu hərəkəti ona bağışlamayıblar – az sonra Vanesyanı həmin xidmətin başçısı vəzifəsindən getməyə məcbur etdilər, onun yerinə isə o vaxta qədər xüsusi xidmətlərdə bircə gün də işləməmiş 29 yaşlı Arqişti Karamyanı təyin etdilər. Yeri gəlmişkən, Karamyanın bu “siyasi” təyinatından sonra peşəkar çekistlərin həmin qurumdan kütləvi şəkildə axını müşahidə olunur.

Başqa bir fakt. Sorosun və onun strukturlarının Ermənistanın siyasi və ictimai həyatında iştirakını tənqid edən “VETO” təşkilatının fəalları Paşinyanın güc orqanları tərəfindən repressiyaya məruz qalırlar. VETO-nun təsisçisi Narek Malyan və müxalifətçi “Adekvat” partiyasının görkəmli funksioneri Konstantin Ter-Nakalyan qanunsuz olaraq silah saxlamaqda və gəzdirməkdə ittiham edilərək polis idarəsinə aparılıblar.

Sorosun Paşinyana təsirinin səviyyəsini anlamaq üçün yalnız iki fakta diqqət etmək kifayətdir.

1. Soros Ermənistan baş nazirinin Aleksandr Lukaşenkoya təbrik məktubu göndərməsinə reaksiya verərək onu tənqid edib! Yəni, beynəlxalq təşkilatın rəhbərinin müstəqil dövlətin baş nazirini uşaq kimi danlaması bu ölkənin tamamilə Soros Fondunun təsiri və nəzarətində olmasını göstərir.

2. Daha bir maraqlı fakt – Ermənistanın “demokratik hakimiyyəti” ölkədə hər kəsə sərbəst toplaşmaq hüququ boyun olduğu halda, Sorosa qarşı aksiyaların keçirilməsinə imkan vermir. Məsələn, iyunda “Adekvat” adlı müxalifyönlü təşkilatın Soros Fondunun Ermənistandakı fəaliyyətinə etiraz olaraq hökumət binası qarşısında keçirdiyi aksiya polis tərəfindən dağıdılıb, 30-a yaxın adam saxlanılıb.

Göründüyü kimi, “demokrat” Paşinyanın ölkəsində Soros Fonduna qarşı dinc aksiya keçirmək belə böyük riskdir. Və görünür, bu gün Soros Fondu daha bir postsovet ölkəsində - Belarusda da özünün idarə edəcəyi marionet hökumətin qurulmasına çalışır. Bu baxımdan, C.Sorosun  Paşinyanın “təcrübəsizlik” göstərərək A.Lukaşenkoya təbrik məktubu göndərməsinə əsəbiləşməsini anlamaq olar.

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, hazırkı sürətli və dinamik beynəlxalq münasibətlər sistemində baş verən hadisələr bəzən bir-birilərinə zahirən çox oxşasalar da, əslində dərin qatlarda olduqca fərqli proseslər cərəyan edir:

“Bu isə hasısa hadisənin digərinin standart modeli olduğu düşüncəsini rədd edir. Bu fikir Belarus üçün Ermənistan modeli bənzətməsi üçün də keçərlidir. Soros Fondunun postsovet məkanında baş verən bir neçə inqilabın müəllifi olduğu bəllidir. Ancaq heç də elə düşünmək olmaz ki, bu inqilabların hamısı eyni ssenari üzrə baş tutub. Məsələ ondadır ki, Soros strateqlərinin inqilabları yaratmaq üçün istifadə etdiyi ən evvektiv silah vəd, ümid, pul və informasiyadır. Bunların hamısı yumşaq gücdür. Bütün inqilabların sonunda aydın olan ən oxşar cəhət isə odur ki, vədlər yerinə yetirilmir, demokratiya ilə bağlı ümidlər puça çıxır, pul məsələsində isə yalnız Soros Fondu qazanır. Bu mənada işğalçı Ermənistandakı nümunə çox barizdir”.

Ermənistanda bir diktatoru başqa diktatorun əvəzlədiyini deyən deputatın sözlərinə görə, buradakı proseslər hələ başa çatmayıb:

“Demokratiya isə Ermənistanda ən “defisit”  şeydir. Belarusiya ilə müqayisəyə gəldikdə isə əvvəla qeyd etmək lazımdır ki, buradakı proseslər hələ başa çatmayıb. Ancaq nə ilə nəticələncəyi ilə bağlı ciddi ekspertlərdə artıq yekun qənaət formalaşıb. Ona görə də “Project Syndikate” xəbər portalında İsveçin keçmiş xarici işlər naziri və Şərq Tərəfdaşlığı proqramının əsas təşəbbüskarlarından olan Karl Bildt “Belarus üçün Ermənistan modeli” adlı məqalə dərc etdirə bilir. Bu məqalədə verilən mesaj ondan ibarətdir ki, Ermənistanda olduğu kimi əgər Belarusda da inqilab baş tutacaqsa, bu, yarımçıq inqilab hesab ediləcək və sona qədər Sorosun məqsədlərinə xidmət etmiş olmayacaq. Necə ki prosesin gedişində Ermənistanda Rusiya razılıq vermədən və Paşinyanla gizli sövdələşməyə getmədən inqilab baş tutmadı, eləcə də Rusiyanın razılığı olmadan Belarusda heç bir inqilab baş verə bilməz. Çünki hər iki ölkə Rusiaya üçün imperialist maraqlar kontekstində strateji rayonlardır və qırmızı xətdir”.

H.Babaoğlunun sözlərinə görə, Ermənistanda Paşinyan inqilabı yalnız o vaxt baş tutdu ki, Rusiyanın tam nəzarətində olan kilsə və ordu Paşinyana dəstək verdi:

“Beləliklə Sorosun başlatdığı inqilab, yumşaq desək Rusiyanın nəzarəti altında başa çatdı. Hazırda Qərbin Paşinayana dəstək verməməsinin də, Rusiyanın Ermənistana pulsuz silah göndərməsinin səbəblərindən biri budur. Belarusda isə Rusiya heç Ermənistandakı qədər də siyasi tolerantlıq nümayiş etdirməyəcək. Ona görə də Karl Bildt deyir ki, bu gün Belarusda baş verən proseslər Ermənistandakı inqilaba bənzəyir. Çünki hər iki ölkə Rusiya ilə sıx strateji münasibətləri var və Serj Sarkisyanın devrilməsindən sonra Ermənistan xarici siyasi kursunu dəyişməyib. Elə Belarusda da inqilab qalib gəlsə, bu ölkə Rusiyaya qarşı cəbhədə yer almayacaq. Bu o deməkdir ki , Sorosun başlatdığı inqilab cəhdində təşəbbüs artıq Rusiyanın əlinə keçib, ya da keçməkdədir. Hadisələrin növbəti inkişaf ssenarisi bizə daha dəqiq, lakin təxmin etdiyimiz istiqamətlər üzrə daha ətraflı detallar verəcək”.

Qafar Ağayev

Paylaş:
990

Son xəbərlər

Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğularaq ölübBu gün, 14:31Yaponiyada 5.7 maqnitudalı zəlzələ olubBu gün, 14:19FHN: Ötən sutka 2 nəfər xilas edilibBu gün, 14:01Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQBu gün, 13:39Hacıqabulda quldurluq edən şəxslər saxlanılıbBu gün, 13:22Cəlilabadda 33 yaşlı qadın itkin düşübBu gün, 12:57Dekabrın ilk günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 12:34Azərbaycan nefti bahalaşıbBu gün, 12:09Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTOBu gün, 11:51Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31
Bütün xəbərlər