Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dekabrın 1-dək dayandırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dekabrın 1-dək dayandırılıb

18:06 - 28 / 10 / 2020
Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dekabrın 1-dək dayandırılıb

2020-ci il 1 dekabr saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.

1news.az-ın verdiyi xəbərə görə, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, qüvvədə olan qərara əsasən, bu il oktyabrın 19-dan 2 noyabr saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılmışdı.

S.Xankişiyeva

 

Paylaş:
327

Son xəbərlər

Bütün xəbərlər