Polad Həşimovun anasının son vəziyyəti açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Polad Həşimovun anasının son vəziyyəti açıqlanıb

1news Redaksiyası15:59 - Bu gün
Polad Həşimovun anasının son vəziyyəti açıqlanıb

Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb.

1news.az-ın “Qafqazinfo”ya istinadən xəbərinə görə, Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəsi 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir.

“Hazırda pasiyentin ümumi vəziyyəti stabildir. Müalicəsi və səhhətinin dinamik müşahidəsi həkim nəzarəti altında davam etdirilir”, - məlumatda vurğulanıb.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər