“Azərbaycan dövləti və xalqı Sizi həmişə uca tutacaq, Sizin adınız əsrlər boyu yaşayacaq” – Prezidentə məktub | 1news.az | Xəbərlər
Siyasət

“Azərbaycan dövləti və xalqı Sizi həmişə uca tutacaq, Sizin adınız əsrlər boyu yaşayacaq” – Prezidentə məktub

15:12 - 06 / 01 / 2021
“Azərbaycan dövləti və xalqı Sizi həmişə uca tutacaq, Sizin adınız əsrlər boyu yaşayacaq” – Prezidentə məktub

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə çoxsaylı məktublar gəlməkdə davam edir. Həmçinin Azərbaycan vətəndaşları aztəminatlı ailələrə göstərilən diqqət və qayğıya görə Prezidentə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Fariz Quliyevdən, Bərdə, Azərbaycan

“Müzəffər Ali Baş Komandan İlham Əliyev,

Mən, Quliyev Fariz Əli oğlu Vətən müharibəsində xalqımıza yaşatdığınız Qələbəyə görə Sizə ailəm adından dərin təşəkkürümü bildirirəm.

Azərbaycan xalqı Sizin qayğınızı hər zaman öz üzərində hiss edir. Bizim kimi aztəminatlı ailələrə göstərdiyiniz diqqət və qayğıya görə Sizə ayrıca minnətdarlıq etmək istəyirəm. Bir Azərbaycan vətəndaşı olaraq fəxr edirəm ki, Sizin kimi Prezidentimiz var.

Sizə uzun ömür, cansağlığı arzulayıram!”

Altay Nuriyevdən, Kürdəmir, Azərbaycan

“Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan,

Sizi tarixi Qələbəmiz münasibətilə təbrik edirik.

Unudulmaz ümummilli liderimiz Heydər Əliyevin davamçısı kimi xalqın böyük sevgisini qazanmısınız. Bu səbəbdən hamımız Sizi Azərbaycanın bütövlüyü uğrunda fədakar əməyinizə görə Azərbaycanın Milli Qəhrəmanı kimi görmək istəyirik.

Arzumuz Sizin adınızın tarixdə əbədi yaşamasıdır”

Sündüz Babayevadan, Şabran, Azərbaycan

“Hörmətli Prezident, böyük sərkərdə, Müzəffər Ali Baş Komandan,

Sizi böyük Qələbə, Zəfər bayramı münasibətilə təbrik edirəm. Sizi dahi şəxsiyyət, dünya şöhrətli siyasətçi kimi ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirməklə Azərbaycan dövlətçiliyinə və xalqına əvəzsiz xidmətlər göstərdiniz. Son 200 ilin ən şanlı zəfər tarixini yazdınız. Ölkəmizin ərazi bütövlüyünü bərpa etdiniz.

Müzəffər Ali Baş Komandan, Siz 44 günlük müharibə ilə təkcə torpaqlarımızı işğaldan azad etmədiniz, həm də Azərbaycan xalqının tapdanmış qürurunu, mənəviyyatını özünə qaytardınız.

Siz uzaqgörən siyasətinizlə düşmənlərimizə və dünyaya diplomatiya dərsi verdiniz. Siz böyük sərkərdə olaraq dünya hərb tarixinə yeni səhifə yazdınız.

Azərbaycan dövləti və xalqı Sizi həmişə uca tutacaq, Sizin adınız əsrlər boyu yaşayacaq.

Ulu Öndərimiz 1993-cü ildə müstəqil dövlətimizi məhv olmaqdan xilas etdi. Dövlətçiliyimizi möhkəm təməllər üzərində qurdu, Siz isə onu daha da inkişaf etdirib Qələbəyə apardınız.

Bu gün Azərbaycan Sizin sayənizdə dünyada tanınan, hörmət edilən qüdrətli bir dövlətdir. Biz Sizinlə fəxr edirik. Siz “dəmir yumruğunuzla” düşmənin başını əzdiniz. Həm də bu dəmir yumruq dünya azərbaycanlılarını səfərbər edib birləşdirdi.

Cənab Prezident, mənim 75 yaşım var. Mən çox xoşbəxt insanam ki, o dəmir yumruğun barmaqları mənim sinəmə “Şöhrət” ordeni taxıb, necə ki, vaxtilə Ulu Öndərimizin mübarək əlləri sinəmə “Şərəf nişanı” ordenini taxmışdı.

Tarix sübut edib ki, hər əsrdə bir dahi şəxsiyyət yetişir. Azərbaycan xalqı xoşbəxtdir ki, son iki əsrdə Allah bizə iki dahi şəxsiyyət XX əsrdə ulu öndər Heydər Əliyevi, XXI əsrdə İlham Əliyevi bəxş edib. Siz bu xalqın, bu dövlətin xilaskarısınız. Siz bizim ömürlük Prezidentimizsiniz. Allah Sizi qorusun! Həmişə uca olun!

Siz Azərbaycan dövlətçiliyi, Azərbaycan xalqı üçün misli görünməmiş, əzəmətli bir qəhrəmanlıq səhifəsi yazdınız! Mən Ulu Öndərə, onun siyasi kursuna sadiq bir insan kimi təklif edirəm ki, Sizə Azərbaycanın Milli Qəhrəmanı adı verilsin və Siz ömürlük Prezident seçiləsiniz.

Mən əminəm ki, bu, bütün Azərbaycan xalqının arzusudur.

Böyük Yaradan Sizi, Mehriban xanımı və övladlarınızı hifz etsin. Dualarım həmişə Sizinlə olub və həmişə belə olacaq.

Qarabağ Azərbaycandır!”

Ramiz İsmayılovdan, Qubadlı, Azərbaycan

“Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyev,

Qırx dörd günlük Vətən müharibəsində Zəfər qazanmağımız münasibətilə Sizi, müzəffər Ordumuzu, bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Bu qələbə Sizin uzaqgörən siyasətinizin nəticəsidir.

Mən 1963-cü ildə Qubadlı rayonunun Mahruzlu kəndində dünyaya göz açmışam. Qətiyyətlə inanırdım ki, Sizin uzaqgörən siyasətiniz nəticəsində yenidən doğma el-obamıza qayıdacağıq. 58 yaşımın ən gözəl hədiyyəsi doğma Qubadlı torpağımın mənfur erməni daşnaqlarından azad olunması xəbəri oldu. Bundan gözəl hədiyyə ola bilməzdi. Bir Qubadlı sakini olaraq bu gün sevincimin həddi-hüdudu yoxdur.

Siz 30 il Azərbaycan xalqının qəlbində qaysaq bağlayan Qarabağ yarasını sağaltdınız, doğma Qarabağımıza bizi yenidən qovuşdurdunuz. Doğma torpağımıza qədəm basacağımız günü səbirsizliklə gözləyirik. Şanlı Qələbəmiz uğrunda canından keçən şəhidlərimizə Uca Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Allah Sizi, bir yumruq kimi hər zaman Sizə dəstək olan Azərbaycan xalqını qorusun. Sizin kimi rəhbərimiz olduğu üçün çox şanslıyıq. Üçrəngli bayrağımız daim zirvələrdə dalğalansın. Zəfər bizə çox yaraşır. Zəfərlərimiz əbədi olsun.

Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!”

Əbülfəs Hüseynovdan, Şəki, Azərbaycan

“Hörmətli cənab Prezident,

Bu məktubu yazmaqda məqsədim Sizə şəxsən öz təşəkkürümü bildirməkdir.

Qurduğunuz və möhtəşəm silahlarla təchiz etdiyiniz güclü Ordu, yürütdüyünüz müdrik daxili və xarici siyasət sayəsində əsarət altında qalan torpaqlarımızı azad etməyiniz böyük tarixi hadisədir. Qələbə münasibətilə keçirilən Zəfər paradının görüntülərini, qəhrəman şəhidlərimizə və qazilərimizə, əsgərlərimizə verdiyiniz dəyəri görüb-eşitdikcə qürurlanır və qəhərlənirəm. Bu etdiklərinizin qarşısında Sizə necə təşəkkür edəcəyimi bilmirəm.

Sizin şücaətiniz ən yüksək fəxri ada, ən yüksək orden və medala layiqdir. Müharibə udmuş Sərkərdə olaraq Sizə ən layiqli təltiflər arzulayıram”.

Hüseynov Əbülfəs Əli oğlu, II qrup Çernobıl əlili. Şəki şəhəri.

“Hörmətli cənab Prezident,

Bu məktubu yazmaqda məqsədim Sizə şəxsən öz təşəkkürümü bildirməkdir.

Qurduğunuz və möhtəşəm silahlarla təchiz etdiyiniz güclü Ordu, yürütdüyünüz müdrik daxili və xarici siyasət sayəsində əsarət altında qalan torpaqlarımızı azad etməyiniz böyük tarixi hadisədir. Qələbə münasibətilə keçirilən Zəfər paradının görüntülərini, qəhrəman şəhidlərimizə və qazilərimizə, əsgərlərimizə verdiyiniz dəyəri görüb-eşitdikcə qürurlanır və qəhərlənirəm. Bu etdiklərinizin qarşısında Sizə necə təşəkkür edəcəyimi bilmirəm.

Sizin şücaətiniz ən yüksək fəxri ada, ən yüksək orden və medala layiqdir. Müharibə udmuş Sərkərdə olaraq Sizə ən layiqli təltiflər arzulayıram”.

Məhəmməd Hacıyevdən, Şirvan, Azərbaycan

“Hörmətli və əziz Prezident, Müzəffər Ali Baş Komandan,

Sizi şanlı qələbəmiz münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür, cansağlığı, şərəfli işinizdə müvəfəqiyyətlər arzulayıram. Ulu Tanrı daim köməyiniz olsun.

Bir azərbaycanlı kimi keçirdiyim qürur hissi ölçüyəgəlməzdir. Belə hissləri daha əvvəl – ulu öndərimiz Heydər Əliyev Moskvada yüksək vəzifəyə təyin olunanda keçirmişdim, onda da sevincimin həddi-hüdudu yox idi.

Yenidən həmin hissləri bizə yaşatdığınız üçün Sizinlə fəxr edirik. Xalqımız öz Milli Qəhrəmanı ilə fəxr edir və Sizi çox sevir.

Mən Birinci Qarabağ müharibəsinin iştirakçısıyam, II qrup əliləm. Vətən müharibəsində Qələbə sevincinə görə Sizə təşəkkürümü bildirir, ailəmiz adından yeni nailiyyətlər arzulayıram. Yolunuz daim açıq və uğurlu olsun!”

Firuzə Cəfərovadan, Gəncə, Azərbaycan

“Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan,

Məktubuma ulu öndər Heydər Əliyevin sözləri ilə başlamaq istəyirəm: “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” Bu gün isə həm də özümü xoşbəxt hiss edirəm ki, bizim Sizin kimi güclü, savadlı, uzaqgörən, bütün dünyada öz sözünü deməyi bacaran, hər dəqiqə xalqını, millətini düşünən Prezidentimiz var. Məhz Sizin sayənizdə rəşadətli ordumuz bu gün bütün dünyaya öz qüdrətini, qüvvətini göstərdi.

Mən bu gün fəxr edirəm ki, şəhid Röyalın həyat yoldaşıyam. Cəmi 4 il birgə ailə həyatı sürsək də mən onun Vətənə, torpağa, xalqa olan sevgisinin canlı şahidi oldum. O, müharibənin ilk günündən cəbhəyə yollandı, qələbəyə isə bütün varlığı ilə inanırdı.

Röyal şəhidliyi ilə Qələbə sevincini bizə və Azərbaycan xalqına yaşatdı. Mən də söz verirəm ki, övladlarımı ataları kimi vətənpərvər və cəsur böyüdəcəyəm, onların Vətənə xeyirli övlad olmaları üçün əlimdən gələni əsirgəməyəcəyəm.

Var olsun Azərbaycan!

Var olsun şəhid ailələrindən diqqət və qayğısını əsirgəməyən Ali Baş Komandanımız!

Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirəm. Allah Sizi qorusun!”

Əmirbəy Aslanovdan, Qusar, Azərbaycan

“Möhtərəm cənab Prezident,

Ali rəhbərliyiniz altında şanlı Azərbaycan Ordusunun zəfər yürüşü və düşmənin öz məğlubiyyətini etiraf etməsi Azərbaycan xalqına və ürəyi Azərbaycanla döyünən hər kəsə böyük sevinc, fərəh və qürur hissi bəxş etmişdir.

Sentyabrın 27-dən etibarən Azərbaycanın həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatlarının zəfər xəbərləri yayıldıqca doğma Qarabağın azadlığa qovuşacağı Qələbə gününün sürətlə yaxınlaşdığına hər birimiz daha dərindən inanır və həmin günü səbirsizliklə gözləyirdik.

Azərbaycan xalqının möhtəşəm Qələbəsi onun tarixinin şanlı səhifəsi, unudulmaz anlarıdır. İndiki nəsillər xoşbəxtdir ki, bu şərəf və ləyaqət tarixinin şahidləridir və onun sevincini yaşayırlar. Qazandığımız Qələbə doğma Qarabağı azad, ölkəmizin ərazi bütövlüyünü təmin etməklə yanaşı, xalqımızın qürur və əzəmətini daha da artırdı, dövlətimizin hörmət və nüfuzunu qat-qat yüksəltmiş oldu. Vətən müharibəsində qazandığımız tarixi Qələbə ulu öndər Heydər Əliyev yoluna sadiq lider kimi Sizin müdrik, uzaqgörən, ardıcıl və prinsipial daxili və xarici siyasətinizin məntiqi nəticəsidir.

Döyüş meydanında qazanılan hər bir tarixi Qələbənin əsasında lider amili dayanır. Həqiqət ondan ibarətdir ki, Siz ümummilli lider, müdrik dövlət başçısı Heydər Əliyevin siyasi varisi kimi zəngin təcrübəyə və yüksək şəxsi keyfiyyətlərə sahibsiniz.

Azərbaycan xalqı arasında və dünyada böyük nüfuzunuz doğma Qarabağ uğrunda savaşda qələbələrimizin əsas şərti olmuşdur. Azərbaycanın üçrəngli Bayrağının tezliklə işğal olunmuş torpaqlarımızda, Qarabağda dalğandırılacağı barədə verdiyiniz vədləri şərəflə yerinə yetirməyiniz Ulu Öndərimizin və Azərbaycan xalqının Sizə olan böyük etimadının nə qədər dərin köklərə malik olmasından xəbər verir.

Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir.

Cənab Prezident, müqəddəs torpaqlarımız uğrunda Vətən müharibəsində qazandığımız şanlı Qələbənin müəllifi də, ilham mənbəyi də Sizsiniz. Bu Qələbənin memarı Sizsiniz. Siz Azərbaycanın yeni tarixini yazdınız. Tarix də Sizin adınızı öz şərəf səhifəsinə qızıl hərflərlə həkk etdi.

Cənab Prezident, Müzəffər Ali Baş Komandan Sizi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Qələbə münasibətilə çoxsaylı Qusar rayon ictimaiyyəti adından təbrik edir, Sizə uzun ömür, cansağlığı, ailənizlə birlikdə xoşbəxt, firavan həyat arzulayırıq.

Qusarlılar doğma Azərbaycanımızın daha da inkişaf edib çiçəklənməsi yolunda Sizin ən etibarlı silahdaşlarınızdır.

Tanrı Sizi və Azərbaycanı qorusun!”

Aygül İsayevadan, Qardabani, Gürcüstan

“Möhtərəm cənab Prezident.

Qarabağımızı işğaldan azad etməklə 2020-ci ili tarixin ən gözəl ili etdiyiniz, Azərbaycanı qalib, regionda lider dövlətə çevirdiyiniz, həmçinin dünya azərbaycanlılarına zəfər yaşatdığınız üçün Sizə dərin minnətdarlığımı bildirmək istərdim.

Gürcüstan azərbaycanlıları 44 gün ərzində Sizdən kənd, rayon və şəhərlərimizin bir-bir azad edilməsi müjdəsini böyük həyəcan və sevinc göz yaşları içərisində qarşılayırdı.

Sizin göstərişinizə əsasən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tərəfindən Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə görə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edildim.

Sizin bu diqqət və qayğınızı ürəkdən alqışlayırıq. Sizi əmin edirik ki, bundan sonra da birlikdə və böyük əzmlə Azərbaycan naminə mənəvi borc hesab etdiyimiz işlərimizi davam etdirəcəyik.

Sizə bir daha dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları, xüsusilə də Gürcüstan azərbaycanlılarını daim diqqətinizdə saxladığınıza görə səmimi qəlbdən təşəkkür edirəm, möhkəm cansağlığı arzu edirəm”.

Fərid Məmmədovdan, Çikaqo, Amerika Birləşmiş Ştatları

“Hörmətli cənab Prezident.

Mən ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində 2015-ci ildən fəaliyyət göstərən Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi adlı təşkilatın rəhbəriyəm.

Bu il dekabrın 28-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan diasporunun fəal üzvləri “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilmişdir. Bu diqqət və dəyərə görə, ilk növbədə, Sizə dərin təşəkkürümü bildirirəm. Biz Vətəndən uzaqda olsaq da, hər zaman Azərbaycan dəyərlərini qoruyur və burada tanınması üçün əlimizdən nə gəlirsə etməyə hazırıq. Əminəm ki, Sizin yüksək dövləti vəzifədə fəaliyyətiniz Azərbaycan dövlətinin hər zaman bütün sahələrdə daha böyük tərəqqi əldə etməsinə şərait yaradacaqdır.

Cənab Prezident, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, bütün niyyət və istəklərinizin uğurla həyata keçməsini arzu edirəm. Göstərdiyiniz diqqət və fəaliyyətimizə verdiyiniz dəyər üçün ailəm adından və İllinoysda yaşayan azərbaycanlılar adından Sizə təşəkkür edirəm”.

Cahangir Novruzovdan, Adana, Türkiyə

“Möhtərəm Prezidentim.

Siyasi və strateji zəkanızın əsəri olan Qarabağ Zəfərinin Azərbaycan xalqını bir yumruq kimi birləşdirdiyi bu sevincli günlərdə, unudulmaz ulu öndərimiz Heydər Əliyev bizə miras qoyub getdiyi “31 Dekabr - Dünya azərbaycanlılarının Həmrəylik Günü” ərəfəsində, dünyanın dörd bir yerinə yayılmış və vahid vücud kimi vətənimiz uğuruna fəaliyyət göstərən Azərbaycan Diasporunun üzvlərini təltifləndirmək üçün təsis etdiyiniz bu dəyərli mükafat, bizlərin əməyinə verdiyiniz böyük bir dəyərdir. Bu mükafatı alanlar sırasında məni də unutmadığınız üçün, şəhid və qazilərimizə yardım məqsədilə yaratdığınız “YAŞAT” fondunun himayədarlar heyətinə məni də layiq gördüyünüz üçün Sizə dərin təşəkkürümü bildirirəm. Ayrıca Qarabağ Zəfəri ilə Azərbaycanı sevindirdiyiniz üçün, xalqımızın 30 illik yaralarına məlhəm qoyduğunuz üçün, Xocalı və 1-ci Qarabağ müharibəsinin şəhidlərinin də qanını yerdə qoymadığınız üçün, ağlar analara qələbə sevinci yaşatdığınız üçün, övladlarımızın sonsuza qədər başlarını dik tutaraq yaşayacaqları üçün Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirməkdən şərəf hissi yaşayıram”.

Türkan Mərkəzlidən, Xocavənd, Azərbaycan

“Dahi Sərkərdə və Müzəffər Ali Baş Komandan.

Mənim 22 yaşım var. Əslən Xocavənd rayonunun Salakətin kəndindənəm. Düzdür mən Xocavəndi görməmişəm amma ürəyim həmişə Xocavəndlə döyünüb. Mən bir Azərbaycanlı kimi Sizə və Ordumuza təşəkkürümü bildirirəm. Sizin doğru siyasətiniz və güclü ordumuz sayəsində illərlə işğal altında olan torpaqlarımız azad edildi. Şəhidlərimizin valideynlərinin əllərindən öpürəm. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımza şəfa diləyirəm. Xalqımıza da birlik göstərdikləri üçün təşəkkürümü bildirirəm.

Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan Xalqı! Yaşasın Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!”

İradə Əliyeva-Söderberqdən, Yönçöpinq, İsveç

“Möhtərəm cənab Prezident.

“Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edildiyimə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Bu çətin, tarixi əhəmiyyətli dönəmdə, bütün Azərbaycan xalqının ümid və arzularını doğrultmaq üçün, Azərbaycan dövlətinin dünya coğrafiyasında, dünya siyasi xəritəsində, dünya diplomatiyasında öz yerini möhkəmləndirmək işlərinin ağır yüklərini çiyninizdə daşıdığınız bir zamanda bizi, Azərbaycandan kənarda yaşayan Azərbaycan diasporunu da diqqətdə saxlayırsınız. Diaspora qayğı, dəstək göstərməklə ana Vətənimizin heç də uzaqda olmadığını, hansı ölkədə yaşamağımızdan asılı olmayaraq Azərbaycan dövlətinin Azərbaycan diasporunun yanında olduğunu hiss etdirirsiniz. Xalqımıza, dövlətimizə xidmət etmək hər birimizin şərəfli borcumuzdur. Mən bundan sonra da mənə göstərilən bu şərəfli diqqəti doğrultmaq üçün bütün gücümlə, bacarığımla çalışacağam. Doğma Vətənimiz Azərbaycanı yaşadığım İsveç Krallığında böyük başucalığı ilə təmsil edəcəyəm. Mənə göstərilən etimadı doğrultmaq üçün bundan sonra da milli mənafelərimizi hər şeydən üstün tutaraq birliyimizə, həmrəyliyimizə xidmət edəcəyəm”.

Nəriman Nəsirovdan, Füzuli, Azərbaycan

“Hörmətli cənab Prezident,

Bu gün Azərbaycan xalqı çox xoşbəxt xalqdır ki, Sizin kimi Prezidenti, Müzəffər Ali Baş Komandanı var. Erməni cəlladlarının illərlə xalqımızın başına gətirdikləri müsibətlərin qisasını aldınız, 30 illik Qarabağ problemini həll etdiniz, ata-baba yurdumuzu erməni faşistlərindən təmizlədiniz, bizim olanı bizə qaytardınız. Azad olunan torpaqlarımıza səfərlərinizi böyük sevinclə izləyirik. Biz qayıtmalı idik və qayıtdıq!

Əminik ki, dağıdılan, viran qoyulan evlərimiz Sizin sayənizdə yenidən dirçələcək.

Mən Horadiz şəhər məscidinin axunduyam. 44 günlük Vətən Müharibəsi dövründə biz din adamları da xalqımız, dövlətimiz üçün dualar etdik. Hər zaman Sizin əmrinizə müntəzirik və Sizin əsgərlərinizik. Qələbə münasibətilə Sizi və ailənizi Füzuli dindarları adından səmimi qəlbdən təbrik edir, Allahdan Sizlərə möhkəm cansağlığı arzulayıram”.

Mirzə Mirzəyevdən, Sabirabad, Azərbaycan

Müzəffər Ali Baş Komandan, ikinci Vətən müharibəsinin Milli Qəhrəmanı, şərəfli ordu generalı, qarabağlıları başıuca edən əbədi Prezidentimiz İlham Əliyev!

Allah Sizi qorusun! Siz biz köçkünləri sevindirdiniz, Allah da Sizi sevindirsin. Arzu edirəm ki, bütün azad edilmiş rayonlarda heykəliniz ucaldılsın. İstərdim ki, uzun illər Prezidentimiz olasınız və işğaldan azad olunmuş yerlərimizi əvvəlkindən də gözəl məkana çevirəsiniz. Çox sağ olun ki, 30 il əsirlikdə olan torpaqlarımızı azad etdiniz. Qarabağ həsrəti ilə dünyasını dəyişmiş ulu öndər Heydər Əliyevin ruhu şad oldu. Mən Laçın rayon sakiniyəm. 65 yaşım var, artıq ümidim yox idi ki, bir daha Laçını görə bilərəm. Siz Laçını azad etməklə mənə yeni həyat verdiniz.

S.Xankişiyeva

 

Paylaş:
333

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər