Əli Əsədov və İrakli Kobaxidze arasında təkbətək görüş keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Əli Əsədov və İrakli Kobaxidze arasında təkbətək görüş keçirilib

1news Redaksiyası12:09 - Bu gün
Əli Əsədov və İrakli Kobaxidze arasında təkbətək görüş keçirilib

Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında təkbətək görüş olub.

Bu barədə 1news.az-a Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hökumət başçıları Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın müxtəlif aspektlərini, ikitərəfli gündəlikdə duran aktual məsələləri və ikitərəfli əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müzakirə ediblər.

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər