Universitetlər tərəfindən onlayn kitabxanaların yaradılması vacibdir - Ekspert | 1news.az | Xəbərlər
Cəmiyyət

Universitetlər tərəfindən onlayn kitabxanaların yaradılması vacibdir - Ekspert

17:50 - 15 / 01 / 2021
Universitetlər tərəfindən onlayn kitabxanaların yaradılması vacibdir - Ekspert

Universitetlər tərəfindən onlayn kitabxanaların yaradılması vacib məsələdir.

1news.az Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib.

N.Məmmədli qeyd edib ki, bir sıra universitetlərin onlayn kitabxanası var:

"Lakin Azərbaycan dilində akademik nəşrlərimizin də sayı bir o qədər çox deyil. Onların onlayna keçirilməsi aktual məsələdir. Söhbət təkcə kitabxanadan getmir. Universitetlərin hər hansı onlayn resursa çıxışından söhbət gedirsə, bu resurslara çıxış üçün özlərinin platformaları var. Onların imkanları var ki, dərs vaxtı mövcud fənnin kabinetində resursları yerləşdirə bilərlər. Artəq bir sıra universitetlərdə fənn kabinetində onlyan resurslardan istifadə edilir".

1news.az

Paylaş:
407

Son xəbərlər

Bütün xəbərlər