Azərbaycan Prezidenti indoneziyalı həmkarına başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Prezidenti Coko Vidodoya başsağlığı məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, dövlətimizin başçısı Sulavesi adasında baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərin onu son dərəcə sarsıtdığını bildirib.
Prezident İlham Əliyev bu faciə ilə əlaqədar Prezident Coko Vidodoya, həlak olanların ailələrinə və yaxınlarına, dost İndoneziya xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.
1news.az
405