Siyasət

AŞPA tarixində ilk dəfə qadın Baş katib seçildi

11:03 - 27 / 01 / 2021
AŞPA tarixində ilk dəfə qadın Baş katib seçildi

Avropa Şurası Parlament Assambleyasına yeni Baş katib seçilib.

1news.az xəbər verir ki, bu barədə məlumat AŞPA-nın rəsmi "Twitter" səhifəsində dərc edilib.

Məlumatda qeyd olunur ki, AŞPA-nın qış sessiyası çərçivəsində keçirilən səsvermədə Despina Çatsivaliu-Tsovilis qurumun yeni Baş katibi seçilib.

O, öz vəzifəsinin icrasına martın birindən başlayacaq

Qeyd edək ki, Despina Çatsivaliu-Tsovilis AŞPA-nın 72 illik tarixində bu postu tutan ilk qadın olacaq. 

1news.az

Paylaş:
159

Son xəbərlər

Bütün xəbərlər

Next TV