Bu qurumlar da Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi | 1news.az | Xəbərlər
Rəsmi

Bu qurumlar da Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi

13:14 - 12 / 02 / 2021
Bu qurumlar da Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi

Prezident İlham Əliyev "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan aşağıdakı dövlət müəssisələri Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilsin:

1.1. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti;

1.2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti;

1.3. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti;

1.4. Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqi bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər".

1news.az

Paylaş:
936

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər