İsveç parlamentinə Xocalı soyqırımını tanımağa çağıran bəyanat göndərilib | 1news.az | Xəbərlər
Siyasət

İsveç parlamentinə Xocalı soyqırımını tanımağa çağıran bəyanat göndərilib

10:31 - 20 / 02 / 2021
İsveç parlamentinə Xocalı soyqırımını tanımağa çağıran bəyanat göndərilib

İsveçdə fəaliyyət göstərən İsveç-Azərbaycan Dərnəyi (SAF) ölkə parlamentini (Riksdaq) ötən əsrin sonlarında ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımını tanımağa çağırıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən xəbərə görə, SAF-ın sədri Sevda Dadaşovanın imzası ilə İsveç Riksdağına ünvanlanan bəyanatda bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri 366-cı motoatıcı alayın hərbçiləri ilə birlikdə Xocalı şəhərinə hücum edərək dinc azərbaycanlılara qarşı dəhşətli soyqırımı törədiblər.

Xocalı soyqırımı nəticəsində 613 dinc sakinin (qadın, uşaq və qocalar olmaqla) öldürüldüyü, 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü, 150 nəfərin itkin düşdüyü nəzərə çatdırılıb.

Qeyd edilib ki, bır sıra ölkələr, o cümlədən ABŞ-ın 22 ştatı tərəfindən Xocalı soyqırımı tanınıb.

Bildirilib ki, isveçli parlamentarilərə müraciətin əsas məqsədi yerli ictimaiyyətə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilər tərəfindən törədilən Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat vermək, bu qanlı cinayətə hüquqi və siyasi qiymət verilməsinə nail olmaqdır. Bu bəyanat ölkənin siyasi partiyalarına da göndərilib.

S.Xankişiyeva

Paylaş:
482

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər