Hər adama müəllim deyib, uşaqları tapşırmaq səhvimiz-Təhlil | 1news.az | Xəbərlər
Cəmiyyət

Hər adama müəllim deyib, uşaqları tapşırmaq səhvimiz-Təhlil

10:53 - 03 / 03 / 2021
Hər adama müəllim deyib, uşaqları tapşırmaq səhvimiz-Təhlil

O böyük, ağıllı, ayıq hökmdar,

Öz şahlıq taxtında tutarkən qərar,

Əmr etdi, verildi belə bir fərman:

«Alimdir gözümdə ən əziz insan.

Elmlə, hünərlə! Başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz»

Nizami Gəncəvi

İllər keçsə də, dəyərini itirməyən peşələrdən biri, bəlkə də elə birincisi müəllimlikdir. Hər birimiz "Səs salma", "düz otur", "diqqətlə qulaq as!" kimi sözləri hələ məktəb dövründə təhsil aldığımız müddətdə çox eşitmişik. Ciddi görkəmlərinin altındakı həssas qəlbləri, tələbəni bir baxışından anlayan, duyan sevimli pedaqoqlarımız unudulmur, yaddaşımızda hər zaman mehriban və qayğıkeş insan kimi qalır. Yaxşı müəllim uşaqla uşaq, gənclə gənc kimi olmağı bacarmalı, bütün münasibətlərində vicdanlı, insaflı, ədalətli addımlar atmalıdır. Həmçinin əsl müəllim təhsilə marağı olmayan tələbələrə belə xüsusi yanaşma tərzi ilə seçilən şəxsdir. Elə yanaşma ki, bu, həmin şəxsin xarakterinə uyğun seçilməli, onları elmə həvəsləndirməlidir.

Təhsil müəssisələrində pedaqoji ünsiyyət forması doğru seçilməli, qarşılıqlı informasiya mübadiləsi faydalı şəkildə həyata keçirilməlidir. Ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olduğu bir vaxtda, artıq uzun müddətdir ki. təhsil sistemi də distant formaya keçid edib. Bəzən biz onlayn dərslər zamanı sosial şəbəkələrdə müəllim adına yaraşmayan video görüntülər, səs yazılarının paylaşılmasının, nəticədə pedaqoqlarımız gülüş hədəfinə çevrilməsinin şahidi oluruq. Təbii ki, bu, qınanılmaya bilməz. Çünki bu cür hadisələr gənclərimizdə ziyalı adının böyüklüyünə olan inamı sarsıdır. Əlbəttə ki, idealımız hesab etdiyimiz pedaqoqların içərisində də səriştəsiz və məsuliyyətsiz müəllimlər var. Ancaq bunu da bilirik ki, müəllim-şagird münasibətləri hər zaman səmimiyyətə və qarşılıqlı etimada əsaslanıb.

Dərslərin distant keçirilməsi bizə nə qazandırdı?

Məlumdur ki, COVID-19 pandemiyasının yayılması səbəbi ilə ölkəmizdə rəsmi karantin rejimi elan edildikdən sonra bütün təhsil müəssisələri bağlandı. Bununla birlikdə, ölkənin bütün universitet və məktəblərində tədrisin onlayn formada həyata keçirilməsinə qərar verildi. Məsafədən tədrisin təşkili zamanı valideynlərin dərsləri canlı izləmək imkanı əldə etməsi onlayn dərslərin əsas müsbət cəhəti kimi qiymətləndirilə bilər. Yaradılan "whatsapp" qruplarının köməyi ilə şagirdlər ev tapşırıqlarının həllini müəllimlərə göndərə bilir, valideynlər isə övladlarının davamiyyətini, həmçinin dərsə hazırlıq səviyyəsi haqqında məlumat alırdılar. Əlbəttə ki, bu cür məsafədən keçirilən dərslər sinifdə müəllimlərlə olan canlı ünsiyyəti əvəz edə bilməz. Bəzən internetin sürətinin zəifliyi səbəbindən dərslərin keçirilməsində çətinliklər yaranır, məhz buna görə də, tədrisin keyfiyyəti aşağı düşürdü. Lakin ən əsası pandemiya dövründə övladlarımızın həyatı və sağlamlığının evdən təhsil formatına keçməklə qorunmasıdır.

Lakin onlayn dərsləri sevməməyimizin səbəbləri də var. Şagirdlər və tələbələr, nədənsə məsafəli tədrisi yorucu və maraqsız hesab edirlər. Onlayn tədris zamanı şagird və tələbələrimiz müəllimə daha çox sual verməkdən çəkinir, bəzən, evdə lazımi şərait olmadığına görə dərsə kifayət qədər diqqətlə qulaq asa bilmirdilər. Müəllimlər isə şagird və tələbələrin dərs prosesinə interneti bəhanə edərək vaxtında qoşulmadıqlarını, dərsdən yayındıqlarını qeyd edirdilər.

Teledərslər bizə nə qazandırdı?

Teledərslər ölkəmizin televiziya məkanında bir ilk və olduqca yararlı layihə hesab oluna bilər. Teledərslərdən yuxarı sinif şagirdləri daha çox yararlana bilir. Səbəb isə sadədir. Belə ki, aşağı sinif şagirdləri adətən başa düşmədikləri mövzulara qayıtmaqdan , sual verməkdən çəkinirlər. Təbii ki, bu cür tədris prosesi ənənəvi təhsili – canlı ünsiyyət formasını heç bir zaman əvəz edə bilməz. Müəllimlərin sinif və ya auditoriyada keçdiyi dərslər, mühazirələrlə məsafədən keçirilən onlayn dərs eyni deyil. Distant təhsilin müsbət cəhəti istənilən şəxsin yaşadığı evi tərk etmədən dərslərə qoşula bilməsi və maddi baxımdan asılı olduğu ailəsinə maliyyə çətinliyi yaratmaması idi. Daha sadə desək, karantin müddətində valideynlər bir müddət övladlarının yol xərclərindən azad olurdu. Digər tərəfdən pandemiya dövründə evdə qalmaq təhlükəsizlik baxımından çox vacib idi. Ancaq bir məsələni də unutmaq lazım deyil ki, heç də respublikamızın bütün ərazisi bütünlükdə internetlə təmin olunmayıb. Buna görə də ucqar dağ kəndlərində şagirdlərin distant təhsilə qoşulub dərs almaları olduqca müşgülə çevrilirdi. Hazırda ölkəmizdə fevralın 1-dən etibarən ibtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti, fevralın 15-dən sonra isə V və IX sinif şagirdlərinin dərslərinin məktəbdə mərhələli şəkildə bərpası prosesinə başlanılıb. Bugünkü gündə orta təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi əyani formada həyata keçirilməkdədir.

"Nizami Gəncəvi İli". Elmə çağırış

Ölkə Prezidenti İlham Əliyev tərəfindən dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq 2021-ci ili “Nizami Gəncəvi İli” elan edib. Dünya ədəbiyyatının ən görkəmli nümayəndələrindən olan dahi N.Gəncəvi "Xosrov və Şirin" poemasında oğlu Məhəmmədə verdiyi nəsihətlərində və didaktik ricətlərində gəncliyə üz tutaraq oxumağı, öyrənməyi cəmiyyət üçün faydalı olmağı tövsiyə edir. Böyük ədib qələmə aldığı "Leyli və Məcnun" poemasında müəllim sənətinin möhtəşəmliyindən söhbət açır.

Bir sözlə, müəllim olmaq çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Yaxşı müəllim tələbələrinə qayğı göstərən, elmlə bərabər onlara həyatı öyrədən, ana-ata kimi doğma olmağı bacaran bir insandır.

Seyid Aynur

Paylaş:
662

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər