Deputat: Din xadimlərinin seçilməsinə xüsusi diqqət yetirilməlidir | 1news.az | Xəbərlər
Siyasət

Deputat: Din xadimlərinin seçilməsinə xüsusi diqqət yetirilməlidir

Qafar Ağayev12:25 - 04 / 05 / 2021
Deputat: Din xadimlərinin seçilməsinə xüsusi diqqət yetirilməlidir

“Ölkəmizdə din xadimlərinin seçilməsinə xüsusi diqqət yetirilməlidir”.

1news.az xəbər verir ki, bunu deputat Məlahət İbrahimqızı parlamentdə çıxışında deyib.

Deputat bildirib ki, bu günlərdə Lerikdə baş verən dəhşətli hadisənin şahidi olduq.

“Elə din xadimləri seçilməlidir ki, bütövlükdə milli dəyərlərimizə, əxlaqımıza zidd olan hadisələr baş verməsin. O cümlədən yas mərasimlərində də biz cahil qadın din xadimlərinə rast gəlirik. Hamı da məcburdur ki, yas məclisinin sahibinə hörmət etsin, sakit dursun. Ancaq dindən bixəbər məsələlərdən danışırlar” – deyə, deputat fikirlərinə əlavə edib.

Paylaş:
473

Son xəbərlər

Bütün xəbərlər