Təhlükəli laqeydlik - Niyə dünya Azərbaycan jurnalistlərinin ölümündə günahkar olanları məsuliyyətə cəlb etmir? | 1news.az | Xəbərlər
Siyasət

Təhlükəli laqeydlik - Niyə dünya Azərbaycan jurnalistlərinin ölümündə günahkar olanları məsuliyyətə cəlb etmir?

13:05 - 09 / 06 / 2021
Təhlükəli laqeydlik - Niyə dünya Azərbaycan jurnalistlərinin ölümündə günahkar olanları məsuliyyətə cəlb etmir?

“Laqeydlərdən qorxun - dünyadakı bütün ən pis cinayətlər məhz onların səssiz razılığı ilə baş verir” - Çexoslovak jurnalist, anti-faşist Yulius Fuçikin 1943-cü ildə nasist həbsxanasında olarkən yazdığı “Dar ağacından qeydlər” kitabından olan bu sitat mövcud vəziyyəti - Ermənistanın Azərbaycana qarşı müharibə cinayətlərinə dünyanın səssizcə baxmasını çox dəqiq əks etdirir.

İyunun 4-də içərisində jurnalistlərin olduğu avtobusun Kəlbəcər rayonunun Susuzluq kəndində tank əleyhinə minaya düşərək partlaması nəticəsində Azərbaycan dövlət televiziyasının operatoru Sirac Abışovun və AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun faciəli ölümü Azərbaycan ictimaiyyətini sarsıtsa da, təəssüf ki, beynəlxalq ictimaiyyət buna laqeyd qaldı.

Düzdür, bəzi təşkilatlar, vəzifəli şəxslər və diplomatlar baş verən hadisə ilə bağlı təəssüflərini ifadə etsələr də, əsas işi görmədilər - faciədə günahkar olanların adını çəkmədilər və qınamadılar.

Bu arada bu və buna bənzər terror aktlarını həyata keçirənlər məlumdur və onlar əməllərini gizlətməyə çalışmırlar, əksinə qürurlanırlar. İyunun 7-də sosial şəbəkələrdə yerləşdirilən videoda erməni polkovnik Koryun Qumaşyan öz kontingenti ilə birlikdə Laçın və Kəlbəcərdə 17 yük maşını mina yerləşdirdiyini həyasızcasına etiraf etdi: “Mənim kontingentim və mən Laçın və Kəlbəcər yaxınlığında 17 yük maşını mina basdırmışıq, həmin minalara görə bu ərazidə heç bir şey edə bilməyəcəksiniz. Hərbi əsirlərimizi qaytarın və mən mina xəritəsini təqdim edərəm”.

Günahsız insanların ölümünə görə məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü göstərən bu açıqlama, dünya birliyinin bu ölkənin hərbi-siyasi rəhbərliyini qətiyyətlə qınaması və hesaba çəkməsi üçün kifayət edir.

Baş Prokururluğun məlumatına görə, erməni qanunsuz silahlı birləşmələri işğal zamanı jurnalistlərin minaya düşdüyü yoldan döyüş mövqelərinin təminat yolu kimi istifadə edib. Kəlbəcər rayonunu tərk edən zaman isə geri çəkildikləri həmin əraziləri minalayıblar.

May ayında Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Kəlbəcərin ucqar dağlarında çəkdiyi video görüntülər Azərbaycan ictimaiyyətini heyrətə saldı - itkin düşmüş hərbçiləri axtararkən Murovdağın ətəyindəki dağ yamacında qarların əriməsindən sonra üzə çıxan yüzlərlə piyada əleyhinə mina aşkar edildi.

Keçən ilin noyabr ayında Kəlbəcəri tərk etmələri üçün ermənilərə əlavə 15 gün vaxt verən Azərbaycanın humanist addımına erməni tərəfi belə cavab verdi.

44 günlük müharibə bitdikdən sonra Azərbaycanın azad edilmiş ərazilərində yüzlərlə insan minaya düşdü, onlarla insan öldü. Bu, Ermənistanın 1949-cu il Cenevrə Konvensiyasını kobud şəkildə pozaraq Azərbaycan ərazilərində məqsədyönlü şəkildə genişmiqyaslı minalama fəaliyyətinin dəhşətli nəticəsidir. Ancaq təəssüf ki, Ermənistanın mülki əhalini bilərəkdə hədəfə aldığına dair çoxsaylı dəlillərin olmasna, o cümlədən bu ölkənin hərbi liderlərinin etiraflarına baxmayaraq dünya ictimaiyyəti düşmən ölkəni beynəlxalq humanitar hüququ pozduğuna görə məsuliyyətə cəlb etmək ümün addımlar atmır.

Bakının çoxsaylı müraciətlərinə baxmayaraq, Ermənistan rəhbərliyi minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir. Mina təhlükəsi problemindən ciddi şəkildə narahat olmalı olan dünya isə Ermənistana təzyiq göstərmək və minalanmış ərazilərin xəritələrini Azərbaycana qeyd-şərtsiz verilməsini tələb etmək əvəzinə susur.

Özlərini insan haqları uğrunda mübarizə aparan kimi göstərən qeyri-hökumət təşkilatları susur, mətbuat azadlığını və jurnalistləri qorumaqda ixtisaslaşmış QHT-lər susur, ATƏT-in Minsk qrupu və həmsədrləri susur. Və onlar susqunluqları ilə Ermənistanın Azərbaycana qarşı terror siyasətinin davam etdirilməsinə, azərbaycanlıların öz ata-baba torpaqlarına qayıtmasının qarşısını almaq cəhdlərinə göz yumurlar.

Əslində mina silahlarının istifadəsi, Ermənistanın silahlı təcavüzünün nəticəsi olaraq döyüş əməliyyatlarının davamı kimi qəbul edilə bilər və bu nəticənin aradan qaldırılması - bu halda minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsi 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarına uyğundur.

Baş verənlərdən hiddətlənən Azərbaycan ictimaiyyəti tərəfindən tutulan erməni təxribatçılarının Kəlbəcər və Laçın ərazisindən keçərək Ermənistana piyada göndərilməsi və ya azad edilmiş ərazilərin minalardan təmizlənməsinə cəlb edilməsi kimi təkliflər səsləndirilir. Hələ fevral ayında, tanınmş siyasi analitik, Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov öz Facebook səhifəsində rezonans doğuran bir yazı yazmışdı: “II Dünya Müharibəsindən sonra danimarkalılar almanların verdiyi mina xəritələrinin doğruluğuna şübhə etdikdə hərbi əsirləri ərazilərin minalardan təmizlənməsi işlərində iştirak etməyə məcbur etdilər ... Bəlkə onlarıb təcrübəsindən istifadə edək?”.

Maraqlıdır, görəsən Ermənistanda bu cür perspektivlərə necə baxacaqlar?

F.Bağırova

Paylaş:
375

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər