Şair Ramaldanov: “Azərbaycan Ordusunun qələbəsi inkişaf etmiş ordularda, akademiyalarda təhlil olunur” | 1news.az | Xəbərlər
Siyasət

Şair Ramaldanov: “Azərbaycan Ordusunun qələbəsi inkişaf etmiş ordularda, akademiyalarda təhlil olunur”

Qafar Ağayev17:47 - 24 / 06 / 2021
Şair Ramaldanov: “Azərbaycan Ordusunun qələbəsi inkişaf etmiş ordularda, akademiyalarda təhlil olunur”

“Azərbaycan Silahlı Qüvvələrinin ali baş komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qısa bir zamanda dünyanın 50 ən güclü ordusu sırasına daxil olub”.

Bunu 1news.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib. O, bildirib ki, Prezidentin səyi nəticəsində Azərbaycan Ordusu son zamanlar ən müasir texnika, silah və avadanlıqlarla təmin olundu:

“Ordumuzda yüksək intellektə malik peşəkar mütəxəssislər var, 70 faizdən yuxarısını döyüş qabiliyyəti müəyyənləşdirən peşəkarlar təşkil edir. Azərbaycan Ordusu qarşıda qoyulan tapşırığı çox yaxşı icra edərək hər an müharibəyə hazır idi. Siyasətçilər hər zaman Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkünlüyünü diqqətə çatdırsalar da, Azərbaycan Ordusu bilirdi ki, gec-tez torpaqlarımızın azad edilməsi onun üzərinə düşəcək. Hər an döyüşə hazır olmaq üçün çöl təlim mərkəzlərində döyüş hazırlığını, döyüş bacarığını artırırdılar. Hər il 25 minə qədər şəxsi heyətin iştirakı ilə genişmiqyaslı təlimlər keçirilirdi. Ordumuzun nümayəndələri öz peşəkarlıqlarını beynəlxalq hərbi yarışlarda nümayiş etdirirdilər, bir çoxunda finala çıxırdılar. İstər post-sovet, istərsə də NATO məkanında keçirilən yarışlarda Azərbaycan Ordusu peşəkarlığını nümayiş etdirərək final mərhələsinə qədər gəlib çıxırdı, bu inkişafın göstəricisi idi”.

Ş.Ramaldanov bildirib ki, 27 sentyabrda 2020-ci ildə əmr alan Azərbaycan Ordusu 30 il ərzində müdafiədə olan, güclü silahlanan düşmənin üzərinə gedərək 44 gün ərzində onu ağır məğlubiyyətə uğratdı.

“Ordumuz müasir texnikanın və həmin müasir hərbi texnikanı idarə edən peşəkar heyət və qəhrəmanların döyüşü nəticəsində qısa bir vaxtda – 44 gün ərzində işğalçı qüvvələri darmadağın edib ərazi bütövlüyünü bərpa etməyə qadir oldu. Azərbaycan Vətən müharibəsini müasir, məhz 21-ci əsrin tələblərinə cavab verəcək şəkildə apardı. 44 gün davam edən İkinci Qarabağ müharibəsi inkişaf etmiş ordularda, akademiyalarda təhlil olunur və hərbi elmin inkişafına təkan verir.

Azərbaycan Ordusunun fəaliyyəti haqqında çox danışmaq olar. Bu döyüşlərdə göstərildi ki, işğal olunmuş torpaqları məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu azad etdi. Torpaqların azad edilməsi düşmənə dərs oldu, onların revanşist fikirləri olarsa cənab Prezidentin göstərdiyi dəmir yumruğa rast gələcəklər”.

“Biz cənab Prezident İlham Əliyevi rəhbər kimi çox istiqamətlərdə tanıyırdıq, siyasətçi kimi, diplomat kimi. Ancaq böyük sərkərdəlik qabiyyətinə malik olmasını müharibə zamanı gördük” - deyə, S.Ramaldanov əlavə edib:

“İlham Əliyevin apardığı siyasət, idarəçilik, komandanlığı nəticəsində düşmən çökməyə və kapitulyasiya aktına imza atmağa məcbur oldu. Ağdam, Kəlbəcər və Laçın kimi relyefi çətin olan ərazilərin itkisiz və atəşsiz azad olunmasına nail olundu, bununla da müharibədə minlərlə Azərbaycan övladı xilas oldu”.

Hərbi ekspert qeyd edib ki, Azərbaycan Ordusu müasir tarixə qalib ordu kimi girib:

“Düşünürəm ki, müharibə Azərbaycan Ordusunun nəyə qadir olduğunu bir daha göstərdi. Doğurdan da Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordusu olan ölkələr arasında yer tutması müharibənin nəticələri ilə də təsdiqləndi”.

Paylaş:
957

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər