Qüdrət Həsənquliyev: Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılmalıdır
"Mən hesab edirəm ki, Azərbaycanın Əfqanıstanda olan sülhməramlıları oradan çıxarılmalıdır" .
1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib.
"Bildiyimiz kimi Amerika Birləşmiş Ştatları öz hərbçilərini Əfqanıstandan çıxarır. Biz də sülhməramlı missiyada iştirak edən hərbçilərimizim həyatını güvən altına almaq üçün onların Əfqanıstandan çıxarılmasını təmin etməliyik. Əfqanıstanda zorla dünyəvi və demokratik dövlət qurmaq mümkün deyil" - deyə, deputat bildirib.
Qafar Ağayev
287