Ermənistan məğlubiyyətdən nəticə çıxarmır: düşmən yeni təxribatlarla nəyə ümid edir? - TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan məğlubiyyətdən nəticə çıxarmır: düşmən yeni təxribatlarla nəyə ümid edir? - TƏHLİL

16:54 - 15 / 07 / 2021
Ermənistan məğlubiyyətdən nəticə çıxarmır: düşmən yeni təxribatlarla nəyə ümid edir? - TƏHLİL

Vətən müharibəsi zamanı şanlı Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənistan rəhbərliyinin kapitulyasiya aktını imzalamağa hazır olması və Azərbaycanın buna razılıq verməsi düşmən ölkənin ordusunu tamamilə darmadağın edilməkdən xilas etdi.

Lakin rəsmi Bakının bu humanist addımına reallığı dərk etmək istəməyən qarşı tərəf yenə nankorluqla cavab verir, bölgədə sülhün bərqərar olunmasına mane olmağa çalışır. Son bir neçə ay ərzində erməni silahlı qüvvələrinin Ordumuzun mövqelərini atəşə tutması, təxribatlar törətməsi belə düşünməyə əsas verir.

Son günlər düşmənin təxribatları daha intensiv hal alıb. Xatırladaq ki, iyulun 14-ü saat 10:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub. Cavab atəşi ilə düşmən susdurulub.

Bu gün - iyulun 15-i gecə saatlarında isə Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Müdafiə Nazirliyinin məlumata əsasən, atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb. Xoşbəxtlikdən bu dəfə Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan olmayıb.

Proseslər göstərir ki, indi erməni cəmiyyətinin, nəhayət ki, gələcəyini qurmaq şansı olduğu bir zamanda bu ölkənin siyasətçiləri hələ də müharibənin yaratdığı yeni reallıqla barışmaq istəmir, erməni xalqını saxta iddialar və ümidlərlə aldatmaq niyyəti güdür. Əks təqdirdə bir neçə ay əvvəl ordusunun darmadağın olduğu və hazırda dövlətçiliyi sual altında qalan xalqın müxtəlif siyasətbazları, yenə də dövlət səviyyəsində təxribatlarını, revanşist siyasətlərini davam etdirməzdilər.

Aydın məsələdir ki, son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş hadisələr, həmçinin Qarabağda atəş səslərinin eşidilməsi Ermənistanın qəsdən vəziyyəti gərginləşdirmək cəhdidir. Ermənistan vəziyyəti gərginləşdirməklə Azərbaycanı cavab addımlarına təhrik etməyə və daha sonra bundan istifadə edib günahlandırmağa çalışır. Digər tərəfdən ermənilərin təxribatçı hərəkətləri bölgədə sülhün qorunmasına cavabdehlik daşıyan Rusiya sülhnəramlılarının fəaliyyətinə də ciddi kölgə salır.

Ermənistan müharibədən sonra həyata keçirdiyi təxribatların nəticələrini, 2020-ci ilin dekabrda Azərbaycanın həyata keçirdiyi anti-terror əməliyyatını unutmamalıdır. Əks təqdirdə Azərbaycan Ordusu daha qətiyyətli addımlar atacaq ki, bu də düşmən üçün yaxşı heç nə vəd etmir.

Prezident İlham Əliyev iyulun 14-də Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı kapitulyasiya aktına imza atmayacağı təqdirdə Ermənistanın daha böyük fəalkətlə üzləşəcəyini xatırlatmaqla onlara növbəti dəfə mesaj verib:

“Əgər Ermənistan kapitulyasiya aktını imzalamasaydı və müharibə davam etsəydi, təbii ki, biz dayanmayacaqdıq. Çünki mən müharibə dövründə dəfələrlə demişəm ki, biz dayanmağa hazırıq. Müharibənin ilk günlərində demişəm, qoy, Ermənistan rəhbəri bizə tarix versin, onlar bizim torpaqlarımızdan nə vaxt çıxırlar, biz müharibəni dayandırmağa hazırıq. Biz müharibə istəmirik. Ancaq onlar bizə o vaxt tarix verdilər ki, artıq biz Şuşanı geri götürdük və 300-dən çox yaşayış məntəqəsini azad etdik. Amma əgər noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktı imzalanmasaydı, biz dayanmayacaqdıq”.

Dövlət başçısı Azərbaycanın yeni müharibəyə hər an hazır olduğunu da vurğulayıb:

“Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb. Bu münaqişə həll olunub. Bunu da həll edən tərəf bizik, Azərbaycan dövlətidir. Biz bunu birtərəfli qaydada həll etmişik. Əgər kimsə, mən ordan-burdan eşidirəm, yenə də başlayıb ki, məsələ öz həllini tapmalıdır, bu münaqişə həll olunmayıb. Çox yanlış və təhlükəli yoldadırlar. Əgər həll olunmayıbsa, onda qoy bizə izahat versinlər, necə həll olunmalıdır. Biz hesab edirik ki, bu, həll olunub, artıq müharibə dövrü arxada qalıb. Amma buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq”.

Azərbaycanın Ermənistanla sülh müqaviləsini imzalamağa hazır olduğunu bir daha bəyan edən Prezident İlham Əliyev rəsmi İrəvanın bundan imtina etməsinin çox böyük səhv olacağını da diqqətə çatdırıb:

“Mən bir neçə dəfə demişəm ki, biz Ermənistanla sülh müqaviləsini imzalamağa hazırıq. Yəni, bu işlərin başlanmasına hazırıq. Ancaq Ermənistan tərəfindən buna reaksiya yoxdur, rəsmi reaksiya yoxdur. Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil. Hesab edirəm, bu, çox böyük bir səhv olacaq. Necə ki, müharibə ərəfəsində və müharibə dövründə Ermənistan tərəfi böyük səhvlər buraxıb, hərbi cinayətlər törədib. Bu, növbəti böyük səhv ola bilər. Çünki bizim bu təklifimiz yeni real vəziyyətə əsaslanır.

Biz hesab edirik ki, məsələ həll olunub, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Bir-birinin ərazi bütövlüyünün tanınması olmalıdır, sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir. Onu da bildirməliyəm ki, delimitasiya işləri ilə bağlı indi beynəlxalq təşkilatlar da müsbət reaksiya verirlər. Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər. Necə ki, vaxtilə əgər öz xoşları ilə bizim torpaqlarımızdan çıxsaydılar, bu qədər rəzil duruma düşməzdilər. Bizim bu təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər xalqın təklifidir. Əgər buna Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri bilərlər. Amma yenə də deyirəm, yenə də peşman olacaqlar”.

Politoloq İlyas Hüseynov hesab edir ki, Qarabağ münaqişəsinin həll olunmadığını deyənlər, eləcə də iki ölkə arasında münasibətlərin normallaşmasına mane olmağa çalışan qüvvələr regionu yeni təhlükələrə sürükləyirlər:

“Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla Ermənistan-Azərbaycan münaqişəsi başa çatdı, Ermənistan kapitulyasiya etdi. Dünya birliyi, beynəlxalq təşkilatlar 44 günlük müharibənin nəticələrini və 10 noyabrda imzalanmış birgə bəyanatı tanıyıblar. Bununla yanaşı, bu gün münaqişənin həll olunmadığı deyənlər və ya Dağlıq Qarabağ münaqişəsi ifadəsini (ABŞ Dövlət Departamenti, Fransanın səfiri) işlədənlər regionu yeni təhlükələrə sürükləyirlər. Bu, yenə də Ermənistandan alət kimi istifadə etmək, Ermənistanda revanşizmə dəstək vermək və Qarabağda olan erməniləri aqressiv separatizmə yönəltmək cəhdidir. 30 ilə yaxın dövrdə ATƏT-in Minsk qrupunun yarıtmaz, əhəmiyyətsiz və nəticəsiz vasitəçiliyi ilə müzakirə mövzusu olmuş “Dağlıq Qarabağın statusu” məsələsi artıq gündəmdə deyil. Bundan sonra bütün münasibətlər Azərbaycan Konstitusiyası və qanunları əsasında həll edilməlidir. Hər hansı üçüncü tərəfə Azərbaycanın suveren əraziləri barədə hökmlə danışmaq hüququ verilməyib. ATƏT Minsk Qrupunun da də belə bir mandatı yoxdur.

Azərbaycan tərəfi Ermənistana dayanıqlı sülhü, təhlükəsizliyi və sabitliyi təmin etmək üçün sülh müqaviləsinin şərtlərini irəli sürüb. Əgər Ermənistan sülh sazişindən imtina edirsə, deməli sülhdən və Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edir. Belə olacağı təqdirdə Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımır və tanımamaqda haqlı tərəf kimi çıxış edir. Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. Zəngəzur, Göyçə mahalı, İrəvan tarixi Azərbaycan torpaqlarıdır. Azərbaycanın tarixi, hüquqi və siyasi baxımdan tarixi ədaləti bərpa etməyə tam haqqı çatır”.

Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş hadisələrə toxunan politoloqun sözlərinə görə, Ermənistan qəsdən vəziyyəti gərginləşdirməklə Azərbaycanı cavab addımlarına təhrik etməyə çalışır:

“Digər mühüm bir məqam da bundan ibarətdir ki, son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş hadisələr, həmçinin Qarabağda atəş səslərinin eşidilməsi Ermənistanın qəsdən vəziyyəti gərginləşdirmək cəhdi kimi qiymətləndirilir. Ermənistan qəsdən vəziyyəti gərginləşdirməklə Azərbaycanı cavab addımlarına təhrik etməyə və daha sonra bundan istifadə edib günahlandırmağa çalışır. Avropa İttifaqı Komissiyasının Prezidenti Şarl Mişelin regiona səfəri öncəsi süni gərginliyin yaradılmasının heç də təsadüfi xarakter daşımadığı qeyd edə bilərik.

Ermənistan müharibədən sonra həyata keçirdiyi təxribatların nəticələrini, 2020-ci ilin dekabrda Azərbaycanın həyata keçirdiyi anti-terror əməliyyatını unutmamalıdır. Bu də həmin terrorçu və diversantların dünya standartlarına uyğun şəkildə məhkəməsi davam edir. Ermənistanın təxribatları eyni zamanda Rusiya sülhməramlılarına qarşı yönəlib. Ermənistan bu təxribatlarla onların missiyasının uğursuz olduğunu göstərməyə çalışır. Belə təxribatlar Ermənistan üçün heç də yaxşı olmayan nəticələr vəd edir”.

B.Cahandarov

Paylaş:
750

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər