Azərbaycan XİN İsrailə başsağlığı verib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN İsrailə başsağlığı verib

10:54 - Bu gün
Azərbaycan XİN İsrailə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Vaşinqtonda baş vermiş hücum nəticəsində həlak olan iki İsrail diplomatının ailələrinə və İsrail dövlətinə başsağlığı verib.

1news.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

"Biz qorxu və bölücülük yaratmağa çalışan bu qorxaq zorakılıq aktını qətiyyətlə pisləyirik",-məlumatda qeyd olunub.

Xatırladaq ki, İsrail səfirliyinin iki əməkdaşı Vaşinqtondakı Yəhudi Muzeyi qarşısında öldürülüb.

Şəhər polis rəisi Pamela Smitin sözlərinə görə, həlak olan diplomatlar kişi və qadın olub. Onlar muzeydə keçirilən tədbirdən çıxarkən 30 yaşlı şübhəli şəxs atəş açıb. P.Smit bildirib ki, həbs zamanı saxlanılan şəxs "Azad Fələstin!" şüarı səsləndirib.

ABŞ-nin Baş prokuroru Pem Bondi artıq cinayət yerinə baş çəkib.

ABŞ Prezidenti Donald Tramp “Truth Social”da Vaşinqtondakı atışmanı "antisemitizmə əsaslanan" akt adlandırıb.

Paylaş:
48

Son xəbərlər

Bütün xəbərlər