Torpağı Vətən edən şəhidlərimizin qəhrəmanlıq dastanı! | 1news.az | Xəbərlər
Cəmiyyət

Torpağı Vətən edən şəhidlərimizin qəhrəmanlıq dastanı!

11:54 - 27 / 09 / 2021
Torpağı Vətən edən şəhidlərimizin qəhrəmanlıq dastanı!

“Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb. Şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edirlər”.

Adi tarixi günlərdən biri olan 27 sentyabr səhərini Müdafiə Nazirliyinin bu xəbəri ilə açdıq. Qisas vaxtı yetişmişdi.

Həmin gün bütün cəbhə boyu genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutan Ermənistan bunun bədəlini çox ağır ödədi. Şanlı Ordumuz cəmi 44 günə düşmənin dizini yerə qoydu, onu ağ bayraq qaldıraraq təslim olmağa məbur etdi.

Düşmənin təxribatları və müharibənin yetişməsi

2016-cı ildə “Aprel döyüşləri”dən sonra Ermənistan hakimiyyətinin məntiqli qərar verəcəyi və münaqişənin dinc yolla həll olunması istiqamətində işlər görəcəyi gözlənilirdi. Lakin gözləntilər özünü doğrultmadı. Sarkistan hakimiyyəti işğal siyasətini davam etdirərək münaqişənin həllində maraqlı olmadığını nümayiş etdirdi.

2018-ci ilin aprelində Ermənistanda baş verən etirazların fonunda özünü “demokratiya carçısı” kimi təqdim edən Nikol Paşinyan hakimiyyətə gəldiyi zaman götürdüyü öhdəlik və verdiyi vədlər münaqişənin sülh yolu ilə həll olunacağı istiqamətindəki ümidləri artırdı. Lakin Paşinyan da sələflərinin səhvini təkrarlamaqla qalmayıb bir qədər də irəli getdi.

Ermənistanın məqsədi işğalla bağlı status-kvonu qorumaq və həmin ərazilərin ilhaqına nail olmaq idi. Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq, Ermənistanın baş naziri məqsədyönlü şəkildə danışıqlar prosesinin format və mahiyyətini sarsıdırdı.

2019-cu ildə Paşinyan “Qarabağ Ermənistandır, nöqtə” deyərək təxribat xarakterli bəyanat səsləndirməklə son 25 il ərzində aparılan danışıqlar prosesinə ciddi zərbə vurdu. Azərbaycan şəhəri Şuşada yallı getməklə Ermənistanın bariz ərazi iddialarını nümayiş etdirdi və işğal faktını təsdiqlədi. Öz oğlunu hərbi xidmət üçün Qarabağa göndərməklə sülh danışıqlarına növbəti zərbu vurdu.

2020-ci ildə qondarma rejimdə “seçkilər” təşkil edildi və qondarma rejimin “başçısı”nın inauqurasiya mərasimi Şuşada keçirildi. Az sonra Paşinyanın qondarma “Artsaxın” parlament binasının Şuşaya köçürüləcəyini bəyan etməsi isə onun Azərbaycanın ərazi bütövlüyə hörmət etmədiyini və konstruktiv mövqeyə malik olmadığını bir daha nümayiş etdirdi.

Ermənistanın baş naziri mülki şəxslərdən ibarət silahlandırılmış könüllü dəstələrinin yaradılmasını elan etdikdən sonra Ermənistanın müdafiə nazirinin ABŞ-da səfərdə olarkən “yeni ərazilər uğrunda yeni müharibəyə” çağırış etdi. Düşmən tərəf bununla da təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul etmiş oldu.

2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı Prezident İlham Əliyev Nikol Paşinyana sözün əsl mənasında tarix dərsi keçdi. Dövlət başçısı tutarlı arqumentlərlə Ermənistanın işğalçı dövlət olduğunu, uzun müddətdir ki, azərbayanlılara qarşı etnik təmizləmə apardığını dünya ictimaiyyətinin bir daha diqqətinə çatdırdı.

Prezident İlham Əliyev iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində çıxışı zamanı Ermənistanın baş nazirini faktlarla növbəti dəfə ifşa etdi.

2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq növbəti dəfə təxribat törətdilər.

Təxribatın məqsədi regionda yeni gərginlik mənbəyi yaratmaq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsindən diqqəti yayındırmaq, üçüncü dövlətləri münaqişəyə cəlb etmək və Azərbaycanın strateji infrastrukturuna zərər vurmaqdan ibarət idi.

Ordumuz bu təxribatın da qarşısını inamla alaraq düşmənə sarsıdıcı zərbə endirdi.

Tovuz döyüşləri iyulun 17-də Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşdı. Bununla belə itkilərimiz də oldu. Döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Nazim İsmayılov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid oldu.

Düşmənin növbəti təxribatı və Qələbə!

Aprel və Tovuz döyüşlərində aldığı acı məğlubiyyətlərdən dərs çıxarmayan düşmən sentyabrın 27-də növbəti dəfə təxribata əl atdı. Saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar oldu. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəydi.

Azərbaycan Ordusunun cavabı bu dəfə çox ağır oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün cəbhə boyu əks-hücuma keçən əsgərlərimizin şücaəti nəticəsində cəmi 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.

2020-ci il noyabrın 8-i isə müharibənin gedişində həlledici gün oldu. Məhz həmin gün müzəffər Ordumuzun strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşanı azad etməsindən sonra düşmən ağ bayraq qaldıraraq təslim olmağa məcbur oldu. Beləliklə, 8 noyabr tarixi Azərbaycan tarixinə ən şanlı bir gün kimi yazıldı.

Cəmi bir il bundan əvvələdək adi təqvim günlərindən biri olan 27 sentyabr isə bundan sonra, Azərbaycan xalqı yaşadıqca hər il müqəddəs Vətən torpaqlarımızı azad edən müqəddəs şəhidlərimizin anım günü kimi qeyd ediləcək.

Öz canları və qanları bahasına bu şanlı Qələbəni bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik. Məhz onların sayəsində bu gün hər birimiz böyük şərəf və qürur hissi ilə deyirik: Qarabağ Azərbaycandır!

B.Cahandarov

Paylaş:
410

Son xəbərlər

İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42
Bütün xəbərlər