Bakıda taksi sürücüsü adı ilə narkokuryerlik edən dəstə yaxalandı – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda taksi sürücüsü adı ilə narkokuryerlik edən dəstə yaxalandı – FOTO – VİDEO

S.Xankişiyeva16:58 - 05 / 11 / 2021
Bakıda taksi sürücüsü adı ilə narkokuryerlik edən dəstə yaxalandı – FOTO – VİDEO

Bakıda taksi sürücüsü adı altında narkokuryerlik edən şəxslərdən 5 kiloqramdan artıq narkotik vasitə aşkar edilib.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən xarici ölkələrdə yaşayan narkotacirlər üçün paytaxt ərazisində narkokuryerlik edən şəxslərə qarşı növbəti əməliyyat həyata keçirilib.

Belə ki, İdarəyə Xəzər rayon sakinləri Əliheydər Əşrəfov və Rəşad Dadaşovun diqqət cəlb etməmək üçün taksi fəaliyyəti görüntrüsü yaradaraq əslində paytaxt ərazisində narkotik vasitələrin satışını həyata keçirdikləri barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbir nəticəsində hər iki şəxs saxlanılaraq Baş İdarəyə gətirilib. Rəşad Dadaşovun idarə etdiyi avtomobilə baxş zamanı Əliheydər Əşrəfova məxsus ümumi çəkisi 5 kiloqram 15 qram, o cümlədən, 1 kiloqram 220 qram marixuana, 1 kiloqram 730 qram həşiş qətranı və 2 kiloqram 65 qram tiryək aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, Əliheydər Əşrəfov və Rəşad Dadaşov narkotik vasitə aludəçisidirlər. Onlar sosial şəbəkələrdə tanış olduqları və xarici ölkədən Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən narkotacirin narkokuryerlik təklifi ilə razılaşaraq bu işlə məşul olublar. Əvəzində isə hər iki şəxs maddi vəsait, eləcə də pulsuz narkotik vasitə əldə ediblər.

Aşkar edilən faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, onların ətraflarında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş:
380

Son xəbərlər

DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12
Bütün xəbərlər