Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçirilir

Bakıda Azərbaycan-İtaliya Biznes Forumu başlayıb.
1news.az xəbər verir ki, forumda Azərbaycanın və İtaliyanın dövlət rəsmiləri, iqtisadi qurumlarının rəhbərləri, iş adamları və aparıcı şirkətlərin nümayəndələri iştirak edirlər.
Tədbirdə iki ölkə arasında ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, birgə müəssisələrin yaradılması, sənaye sahəsində əməkdaşlığın gücləndirilməsi, eləcə də Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarına İtaliya investisiyalarının cəlb edilməsi məsələləri müzakirə olunur.
Forum çərçivəsində enerji, infrastruktur və logistika, tikinti, qabaqcıl istehsal, süni intellekt və yeni texnologiyalar sahələrini əhatə edən üç tematik panelin keçirilməsi nəzərdə tutulur.
Bundan başqa, Azərbaycan və İtaliya şirkətləri, eləcə də müvafiq qurumlar arasında saziş və müqavilələrin imzalanması mərasimi keçiriləcək. İş adamları arasında B2B formatında görüşlər də təşkil olunacaq.











