Keçmiş teleaparıcı Ada Süleymanovanın öldüyü qəza ilə bağlı FHN-dən AÇIQLAMA - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Keçmiş teleaparıcı Ada Süleymanovanın öldüyü qəza ilə bağlı FHN-dən AÇIQLAMA - YENİLƏNİB

Oksana Orucova09:34 - Bu gün
Keçmiş teleaparıcı Ada Süleymanovanın öldüyü qəza ilə bağlı FHN-dən AÇIQLAMA - YENİLƏNİB

Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat qəzası baş verib və vətəndaşlar avtomobildə sıxılı vəziyyətdə qalıb.

1news.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VOYAH” markalı minik və yük avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların həyatını itirərək deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, Anar Alik oğlu Kərimovun və sərnişin Ada Ceyhun qızı Süleymanovanın meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, ARB TV-nin keçmiş aparıcısı A.Süleymanova dostları ilə doğum gününü qeyd etdikdən bir neçə saat sonra qəza keçirib və həyatını itirib.

 

 

06:44

Bakıda baş verən yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib. 

1news.az xəbər verir ki, sosial media fenomeni və ARB-də yayımlanan köhnə “Sən olsaydın” verilişinin aparıcısı Ada Süleyman avtoqəza nəticəsində həyatını itirib.

Mərhumun yaxınları sosial şəbəkə hesablarında onun vəfatı ilə bağlı paylaşım ediblər.

Paylaşımda bildirilib ki, Ada Süleyman hadisə baş verən gün doğum gününü dostları ilə birlikdə qeyd edib. O, həmin gecə yolda olarkən avtoqəza keçirib və həyatını itirib.

Beləliklə, Adanın doğum günü onun ölüm günü ilə eyni tarixə təsadüf edib.

Paylaş:
204

Son xəbərlər

Bütün xəbərlər