“Erməni diasporu münaqişəyə hər zaman mənfi təsir edib” – Hikmət Çətin | 1news.az | Xəbərlər
Siyasət

“Erməni diasporu münaqişəyə hər zaman mənfi təsir edib” – Hikmət Çətin

Qafar Ağayev10:10 - 06 / 11 / 2021
“Erməni diasporu münaqişəyə hər zaman mənfi təsir edib” – Hikmət Çətin

“Türkiyə digər ölkələrdən fərqli olaraq Ermənistanı tanıdı. 1991-ci il 16 dekabrdan Türkiyə Ermənistanı dövlət kimi tanıdı”.

1news.az xəbər verir ki, bunu Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin VIII Qlobal Bakı Forumunun "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" panel müzakirələrində çıxışı zamanı deyib.

"1991-ci ildə Türkiyə, Ermənistan, Rusiya və Amerika xarici işlər nazirlərinin görüşü keçiriləcəkdi. Ancaq axşam saat 11-də Ermənistanın xarici işlər naziri iclasa qatılmadı. Bu da problemin həllinə maneə yaratdı. Ermənistan Azərbaycan torpaqlarını işğal etmişdi. Biz istəyirdik ki, bu məsələ sülh yolu ilə həll olunsun”.

“Erməni diasporu bu məsələrə hər zaman mənfi təsir edib” – deyə, Hikmət Çətin əlavə edib:

“ Ermənistanla bağlı qərarları diaspora verməli deyil, Ermənistan xalqı qərar verməlidir. Mənim vəzifədə olduğum vaxtda Ermənistanın prezidenti bu məsələnin sülh yolu ilə həll olunmasına qarşı idi. 30 il ərzində bu münaqişənin sülh yolu ilə həllini gözləyirdik. Minsk qrupu çox önəmli idi, ancaq onlar heç nə etmədi. Onların fəaliyyəti nəticəsiz oldu. Azərbaycan ilk başdan bu məsələnin sülh yolu ilə həllini dəstəkləyirdi. Ancaq 30 il ərzində bu mümkün olmadı, nəticədə məsələ müharibə yolu ilə həll oldu, Azərbaycan 44 gün ərzində öz torpaqlarını işğaldan azad etdi. Ermənistan liderləri revanşist fikirlərə qapılmamalıdır”.

“Biz inanırıq ki, Türkiyə və Azərbaycanla Ermənistanın diplomatik münasibətləri bərpa olunacaq” – deyə, Hikmət Çətin deyib.

Paylaş:
373

Son xəbərlər

Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24
Bütün xəbərlər