Abşeron rayonunda bank kartlarından oğurluq edənlər saxlanılıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeron rayonunda bank kartlarından oğurluq edənlər saxlanılıblar

Qafar Ağayev15:44 - Bu gün
Abşeron rayonunda bank kartlarından oğurluq edənlər saxlanılıblar

Abşeron rayonunda bir nəfərin bank kartından oğurluq edilib. Rayonun Mehdiabad qəsəbə sakini polisə müraciət edərək kartından 1330 manatının talanmasını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ə.Əsgərov müəyyən olunaraq saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, rayon ərazisində bir nəfərin bankomatda unutduğu pulunu götürən, digərinin isə itirdiyi bank kartından alış-veriş etməkdə şübhəli bilinən R.Səfərov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər