Şuşanın İƏT-in turizm paytaxtı elan edilməsinə dair Tədbirlər Planı təsdiq edilib | 1news.az | Xəbərlər
Rəsmi

Şuşanın İƏT-in turizm paytaxtı elan edilməsinə dair Tədbirlər Planı təsdiq edilib

Qafar Ağayev14:18 - Bu gün
Şuşanın İƏT-in turizm paytaxtı elan edilməsinə dair Tədbirlər Planı təsdiq edilib

Nazirlər Kabineti "Şuşa şəhərinin 2026-cı il üçün "İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) turizm paytaxtı" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nı təsdiq edib.

1news.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üzrə əlaqələndirici orqan Dövlət Turizm Agentliyi müəyyən edilib.

Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər 2026-cı il dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün ayrılmış vəsaitlər və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilməlidir.

Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər