Rusiya XİN Azərbaycan və Ermənistanı tezliklə sərhədlərin demarkasiya və delimitasiyasına başlamağa çağırıb
Son hadisələr Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyası və delimitasiyası prosesinə tez bir zamanda başlanmasının vacibliyini təsdiq edir.
1news.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
M.Zaxarova Ermənistan-Azərbaycan sərhədində baş verənlərə münasibət bildirərək tərəfləri təmkinli olmağa səsləyib.
Onun sözlərinə görə, Rusiya vasitəçilik səylərini davam etdirir.
XİN rəsmisi bildirib ki, Rusiya vəziyyətin dinc müstəviyə keçməsi üçün tərəflərlə təmasdadır.
1news.az
327