Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldə görüşü nə ilə nəticələnəcək? - Politoloq | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldə görüşü nə ilə nəticələnəcək? - Politoloq

11:46 - 22 / 11 / 2021
Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldə görüşü nə ilə nəticələnəcək? - Politoloq

Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan rəhbərliyi 15 dekabrda Brüsseldə görüşəcəklər. Avropa İttifaqı Şurasının sədri Şarl Mişel “Şərq tərəfdaşlıq” sammitində iştirak etmək üçün tərəflərlə əlaqə saxlayaraq görüş üçün razılıq əldə edib.

Məsələ ilə bağlı 1news.az-a danəşan siyasi ekspert Elman Vəliyev Brüsseldə keçiriləcək sammitinin təfərrüatlarını şərh etdi:

“Azərbaycan və Ermənistan rəhbərliyi 15 dekabrda Brüsseldə görüşəcəklər. Avropa İttifaqı Şurasının sədri Şarl Mişel "Şərq tərəfdaşlıq" sammitində iştrak etmək üçün tərəflərlə əlaqə saxlayaraq görüş üçün razılıq əldə edib. Təflər arasında delimitasiya və demarkasiya məsələsinin həllində Rusiyanın rolu var. Deyim ki, Brüssel görüşündə tərəflər insidentlərin qarşısını almaq üçün müdafiə nazirlərinin birbaşa əlaqəsini təmin ediləcək. Bu da önəmli addımdır. Artıq 3-cü tərəfin vasitəçiliyi olmadan birbaşa əlaqələr olacaq! Brüssel görüşündən sonra tərəflər bəyanatın müddəalarınə yerinə yetirmək üçün addımlar atacaqlar!”

Paylaş:
256

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər