Kreml: Rusiyanın Ukraynaya hücum etmək niyyəti yoxdur
“Rusiya heç kimə hücum etmək niyyətində deyil və aqressiv planlar qurmur”.
1news.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Biz artıq dəfələrlə müxtəlif səviyyələrdə bəyan etmişik ki, Rusiya heç kimə hücum etmək niyyətində deyil və heç bir aqressiv planı yoxdur. Bunun əksini söyləmək isə tamamilə yanlışdır. Rusiya Silahlı Qüvvələrinin ölkə ərazisində hər hansı yerdəyişməsini bu cür planlarla əlaqələndirmək tamamilə yanlışdır. Bu, belə deyil”, - deyə Peskov vurğulayıb.
Kremlin sözçüsü qeyd edib ki, Amerika və Ukrayna mediası Rusiyanın Ukraynaya qarşı təcavüzə hazırlaşdığını, Rusiya tərəfi isə Ukraynanın Donbasa, tanınmamış Luqansk və Donetsk Xalq Respublikalarına qarşı aqressiv fəaliyyət planlaşdırdığını iddia edir.
1news.az