Ermənistan parlamentinin sədri: Qarabağı Rusiya təslim edib!
Ermənistanda ikinci Qarabağ müharibəsinin başa çatmasından bir il sonra “baş nazir Paşinyan başda olmaqla ölkənin indiki hakimiyyəti Qarabağı bilərəkdən təslim edib” kimi konspiroloji nəzəriyyələr mövcuddur.
1news.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda”nın xüsusi müxbiri Dimitri Steşin bugünkü "Qarabağ müharibəsindən bir il sonra: Rusiya qırğını dayandırdı, bəs yenə günahkardır?" başlıqlı məqaləsində yazır.
Müxbir Ermənistan parlamentinin spikeri Alen Simonyanla “Qarabağın təslim olması” versiyasını müzakirə edib:
“- Ermənistan geosiyasi vektoru Rusiyadan Qərbə dəyişmək üçün Qarabağı qəsdən təslim etdi?
Müxbirin bu sualı erməni spkeri coşdurub:
- Ermənistan cəmiyyətində isə belə bir anlayış var ki, Qarabağı təslim edən Rusiya olub! Bəs sən haradan almısan ki, Qarabağı kimsə təhvil verib? Siz erməni xalqını və onun uğrunda qan tökənləri təhqir edirsiniz. Əgər onu təhvil vermək istəsələr, Rusiya Xarici İşlər Nazirliyinin təklifləri də daxil olmaqla, bir neçə variant var idi”.
Daha sonra nəşrin xüsusi müxbiri yazır ki, Ermənistanda siyasətçilər üçüncü ölkələrin maraqları naminə tarixi və geosiyasi proseslərin məntiqini qəsdən məhv ediblər.
“Bunun üçün onlar sınaqlara dözməyə, əraziləri təslim etməyə belə hazırdılar. Buna görədir ki, Ermənistanda yaşayan insanlar daha yaxşı həyat dalınca Rusiyaya, Avropaya və ya Amerikaya üz tuturlar”- deyə, məqalədə deyilir.
1news.az