Azərbaycan və Rusiya parlamentlərinin sədrləri Qarabağdakı vəziyyəti müzakirə ediblər – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Rusiya parlamentlərinin sədrləri Qarabağdakı vəziyyəti müzakirə ediblər – FOTO

S.Xankişiyeva15:44 - 25 / 11 / 2021
Azərbaycan və Rusiya parlamentlərinin sədrləri Qarabağdakı vəziyyəti müzakirə ediblər – FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, tərəflər Qarabağı müzakirə ediblər.

Milli Məclisin sədri görüş çərcivəsində Ermənistanın bütün beynəlxalq qanunları pozaraq mina xəritələrini hələ də Azərbaycana təhvil vermədiyini də Valentina Matviyenkonun diqqətinə çatdırıb.

S.Qafarova Ermənistan tərəfinin terrora əl atdığını da qeyd edib. O diqqətə çatdırıb ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı 7 Azərbaycan hərbçisi şəhid olub.

Paylaş:
569

Son xəbərlər

Bütün xəbərlər