Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın Soçi görüşünün nəticələrinə dair Bəyanat – TAM MƏTN | 1news.az | Xəbərlər
Siyasət

Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın Soçi görüşünün nəticələrinə dair Bəyanat – TAM MƏTN

22:00 - 26 / 11 / 2021
Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın Soçi görüşünün nəticələrinə dair Bəyanat – TAM MƏTN

Azərbaycan, Rusiya və Ermənistan liderləri Soçi görüşünün yekunları ilə bağlı birgə üçtərəfli bəyanat yayıblar.

1news.az-ın məlumatına görə, birgə bəyanatda deyilir:

Biz, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin 26 noyabr 2021-ci il tarixində Soçidə görüşdük və Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlara son verən 9 noyabr 2020-ci il və regionda iqtisadiyyat və nəqliyyat əlaqələrinin açılması ilə bağlı 11 yanvar 2021-ci il bəyanatlarının icrasının gedişatını müzakirə etdik.

9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarının bütün bəndlərinin bundan sonra da ardıcıl icra edilməsinə və ciddi riayət olunmasına bağlılığımızı təsdiq etdik.

Rusiya sülhməramlı kontingentinin regionda vəziyyətin sabitləşməsində və təhlükəsizliyin təmin olunmasında vacib töhfəsini qeyd etdik.

Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımlar atmağa və tərəflərin sorğusu əsasında Rusiyanın məsləhətçi yardımı ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı birgə komissiyanın yaradılması üzrə iş aparılması ilə bağlı razılaşdıq.

11 yanvar 2021-ci il bəyanatına uyğun olaraq regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının vacibliyi ilə bağlı yaradılan üçtərəfli işçi qrupun fəaliyyətini yüksək qiymətləndirdik. Regionun iqtisadi potensialının üzə çıxarılması məqsədi ilə tezliklə konkret layihələrə başlanılmasının vacibliyini vurğuladıq.

Rusiya bundan sonra da Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqı arasında etimad mühitinin formalaşması, eləcə də regionda mehriban qonşuluq münasibətlərinin qurulması üçün lazımi yardımı edəcək.

1news.az

Paylaş:
402

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər