İƏT-in “Birlikdə gələcəyə” çağırışı yeni reallıqların diktə etdiyi strateji tərəfdaşlığın möhkəmlənməsinə imkan yaradacaq - Vüqar Rəhimzadə | 1news.az | Xəbərlər
Siyasət

İƏT-in “Birlikdə gələcəyə” çağırışı yeni reallıqların diktə etdiyi strateji tərəfdaşlığın möhkəmlənməsinə imkan yaradacaq - Vüqar Rəhimzadə

17:45 - 29 / 11 / 2021
İƏT-in “Birlikdə gələcəyə” çağırışı yeni reallıqların diktə etdiyi strateji tərəfdaşlığın möhkəmlənməsinə imkan yaradacaq - Vüqar Rəhimzadə

«Keçirilən hər bir beynəlxalq əhəmiyyətli tədbirin, toplantının əhatə etdiyi mövzu ilə yanaşı, ölkələrin malik olduqları imkanların təqdimatı baxımından da xüsusi əhəmiyyət kəsb etdiyi aydındır.

Dünyanın diqqətində olan Soçi görüşünün ardınca Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısının keçirilməsi son günlər beynəlxalq gündəmi zəbt edən vacib məsələlər sırasındadır. İstər tədbirdəki çıxışlarda, istərsə də Zirvə Toplantısında iştirak edən Prezident İlham Əliyevin reallaşdırdığı ikitərəfli görüşlərdə Azərbaycanın regionda və dünyada artan rolunun təqdir edilməsi, ölkəmizin tarixi Zəfərinin yaratdığı reallıqların böyük perspektivlər vəd etdiyinin vurğulanması uğurlu siyasətimizin məqsədyönlülüyünü, gələcəyə hesablandığını bir daha təsdiqlədi. Azərbaycanın İƏT-in fəal üzvü kimi beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində hər iki quruma üzv dövlətlərlə səmərəli əməkdaşlıq qurması xarici siyasətimizin prioritet istiqamətlərindəndir».

1news.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, Zirvə Toplantısında Prezident İlham Əliyev tərəfindən ölkəmizin 44 günlük İkinci Qarabağ müharibəsini yaşamasına, hazırkı dövrdə tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin geniş miqyas almasına, həmçinin dünyanı cənginə almış koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə baxmayaraq dayanıqlı inkişafını təmin etməsi konkret rəqəmlər əsasında diqqətə çatdırıldı: «Bu uğurlarımız Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorumasını şərtləndirir. Dünya Bankı daim Azərbaycanın adını ən islahatçı ölkələr sırasında qeyd edir. Davos İqtisadi Forumunun hesabatlarında ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliyi xüsusi önə çəkilərək hər il Azərbaycan reytinq cədvəlində irəliləyir. Onu da qeyd edək ki, Davos İqtisadi Forumunun hesabatlarında Azərbaycanın yol infrastrukturunun yenilənməsinə, təkmil layihələrin icrasına göstərdiyi diqqət də xüsusi yer alır və yüksək qiymətləndirilir. Düşünürəm ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin başa çatmasından sonra Azərbaycan bu reytinq cədvəllərində daha da irəliləyəcək. Həm bu torpaqların malik olduğu iqtisadi potensial ölkənin dayanıqlı inkişafına yönəldiləcək, həm də təkmilləşən yol infrastrukturu Azərbacanın mövqeyinə öz müsbət təsirini göstərəcək.»

YAP Xətai rayon təşkilatının sədri ümummilli lider Heydər Əliyevin müdrik ideyalarının zamanı gəldikcə həyata vəsiqə qazandığını bildirərək bu kontekstdə yaxın zamanlarda Bakıda fəaliyyətə başlayacaq İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin məhz Ulu Öndər tərəfindən 2002-ci ildə İstanbulda keçirilmiş İƏT üzv ölkələrinin dövlət və hökumət başçılarının VII Zirvə Görüşündə təklif edildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, sonrakı illərdə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən yenidən irəli sürülüb. 2021-ci ilin mart ayında İƏT-in Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş XIV Zirvə Görüşündə Mərkəzin Nizamnaməsi imzalanıb. Belə bir Mərkəzin yaradılmasında məqsəd iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün İƏT-ə və üzv ölkələrə yardım etməkdir.

Vüqar Rəhimzadə Zirvə Toplantısında digər mühüm məqamlardan biri kimi Zəngəzur dəhlizinin açılmasının regiona hansı yenilikləri gətirəcəyi barədə səsləndirilən fikirlərdən bəhs edib: «İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə Toplantısında mən həmkarlarıma Zəngəzur dəhlizi haqqında məlumat vermişdim» söyləyən dövlət başçısı İlham Əliyev bu fikri böyük inamla qeyd etmişdir ki, bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər. Soçi görüşündən sonra Prezident İlham Əliyevin İƏT tribunasından da Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsini bəyan etməsi özündə bir sıra vacib məqamlar ehtiva edir. Azərbaycan son illər Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Zəngəzur dəhlizinin reallaşması regionun nəqliyyat sektorunun inkişafına yeni imkanlar yaradacaq.»

«Ərazilərin azad olunmasından dərhal sonra Azərbaycanın bu torpaqlarda genişmiqyaslı yenidənqurma işlərinə başlaması, yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salması, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji bölgələri elan edilməsi Azərbaycan Prezidentinin İƏT-də də qurucu lider kimi tanınmasını şərtləndirir» söyləyən Vüqar Rəhimzadə bir daha diqqəti dövlət başçısı İlham Əliyevin rəhbərliyi və tapşırıqları əsasında işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərə yönəldib: «Bütün kənd və şəhərlər müasir tələblər səviyyəsində qurulur. «Ağıllı şəhər» və «ağıllı kənd» layihələri özündə bütün yenilikləri birləşdirir. Artıq bu layihələr çərçivəsində bərpa olunan Zəngilanın Ağalı kəndləri gələn ilin əvvəlində soydaşlarımızı qarşılayacaq. Bu ərazilərdə təkmil infrastruktur yaradılıb. Avtomobil yolları, dəmir yolu çəkilib. Beynəlxalq standartlara cavab verən hava limanları inşa edilir. Artıq Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu. Zəngilanda və Laçında inşa edilən hava limanlarında işlər davam edir. İşğaldan azad edilmiş torpaqlarımızın hər daşı erməni vəhşliklərinə şahidlik edir. Azərbaycan bu gün qürurludur ki, tarixi torpaqlarına sahibdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ərazilər yenidən əvvəlki görkəmini bərpa edir.»

Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin dövlətlər, xalqlar arasında körpü rolunu oynadığını xüsusi qeyd edən Vüqar Rəhimzadə bildirib ki, yeni reallıqlar bu imkanları daha da genişləndirir: «Yeni reallıqlara uyğun yeni əməkdaşlıq formatları yaradılacaq. Qarşılıqlı əməkdaşlıq fonunda bölgənin iqtisadi inkişafı daha da sürətlənəcək. Hökumətlərarası regional təşkilat olan İqtisadi Əməkdaşlıq Təşkilatının əsas məqsədi üzv dövlətlərin və bütövlükdə bölgənin davamlı iqtisadi inkişafına töhfə verməkdən ibarətdir.

Aşqabad Zirvə Toplantısında müzakirə olunan aktual məsələlər bir daha sübut etdi ki, yalnız səyləri birləşdirməklə və İƏT-in mövcud imkanlarından daha səmərəli istifadə etməklə qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmaq mümkündür. Zirvə Toplantısının mövzusu özündə bütün hədəfləri və onlara çatmağın mexanizlərini ümumiləşdirir. «Birlikdə gələcəyə» çağırışı daim Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının mahiyyətində dayanır. Səylər birləşdirilmədən, təcrübə müdadiləsi aparılmadan, irəliyə doğru birgə addımlar atmadan təkbaşına inkişafa, tərqqiyə nail olmaq mümkün deyil. Azərbaycan əməkdaşlığa açıq ölkədir. Hesab edirəm ki, bu baxımdan Bakıda fəaliyyətə başlayacaq İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzi qurumun səmərəli fəaliyyətinin təmin edilməsinə lazımi dəstək göstərəcək, hədəflərin reallaşmasına böyük töhfələr verəcək».

1news.az

Paylaş:
435

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər