Ötən gün 91 nəfər toya buraxılmadı - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün 91 nəfər toya buraxılmadı - STATİSTİKA

Qafar Ağayev10:35 - 30 / 11 / 2021
Ötən gün 91 nəfər toya buraxılmadı - STATİSTİKA

Noyabrın 29-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 177 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, monitorinq 173 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 2 obyekt sahibi barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb;
- 91 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Paylaş:
513

Son xəbərlər

Bütün xəbərlər