Azərbaycanda NATO-nun təlim kursu keçirilir - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanda NATO-nun təlim kursu keçirilir - FOTO

13:52 - 07 / 12 / 2021
Azərbaycanda NATO-nun təlim kursu keçirilir - FOTO

Müdafiə Nazirliyinin NATO ilə 2021-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində N hərbi hissəsində Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının və NATO-nun Ramştayn Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupunun iştirakı ilə "Aviasiya əməliyyatları" mövzusunda təlim kursu başlayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, kurs müddətində HHQ müvafiq bölmələrinin fəaliyyətlərinin ƏİK standartlarına uyğun təşkili, mühafizə və təhlükəsizlik tədbirlərinin təmin edilməsi və digər mövzularda brifinqlər təqdim olunur.

Qeyd edək ki, kurs dekabrın 9-dək davam edəcək.

1news.az

Paylaş:
372

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər